Vakansiya haqqında
Vəzifələr
Potensial müştərilərlə telefon vasitəsilə əlaqə yaratmaq və kurslar haqqında məlumat vermək;
Xarici dil kurslarının proqramı, müddəti, qiyməti və üstünlüklərini müştərilərə təqdim etmək;
Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və onlara uyğun tədris proqramları təklif etmək;
Müştəri müraciətlərini qəbul etmək, qeydiyyat prosesini həyata keçirmək və məlumatları sistemə daxil etmək;
Müəllimlər və tələbələr arasında effektiv koordinasiyanı təmin etmək;
Dərs cədvəllərinin hazırlanmasını və dərslərin vaxtında keçirilməsini təşkil etmək;
Tələbələrin davamiyyətini izləmək və tədris prosesinə nəzarət etmək;
İmtahanların təşkili və keçirilməsi prosesini koordinasiya etmək;
Müştəri və tələbələrdən daxil olan müraciətlərin operativ həllini təmin etmək;
Gündəlik iş prosesinin səmərəli təşkili və müvafiq hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər
Ali təhsil (magistr təhsili üstünlükdür)
Xanım namizədlər tələb olunur
Yaş: 22-35
Satış sahəsində, müştəri xidmətlərində 1-2 il təcrübə.
Komandada işləmək bacarığı.
Microsoft Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığı;
Məsuliyyətli, dəqiq, çalışqan olmalıdır;
İş vaxtı tam ştat olduğu üçün təhsil alan tələbələrin müraciəti məqsədə uyğun deyil
Səliqəli, punktual, xoş görünüşlü.
Karyera imkanları və təminatlar
Korporativ nömrə
Korporativ telefon
Şirkət əmək münasibətləri zamanı artan əmək haqqı və karyera imkanlarını tətbiq edir.
Əmək şəraiti şərtləri
Ünvan: Bakı şəhəri
Əmək haqqı yüksəkdir.
İş günləri: həftə içi 5 gün, (6-cı gün qısaldılmış)
ARƏM-nə uyğun sənədləşmə.
Gizlilik təminatı.
Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları həmçinin müraciəti barədə məlumatları 3-cü tərəf qarşısında paylaşılmır.
Vakansiya üçün müraciət forması və şərtləri.
Vakansiya üzrə tələblərə cavab verən namizədlər aşağıdakı müraciət et butonuna daxil ola və ya hr@educompany.az mail ünvanına fərdi CV-lərini göndərə bilərlər.
Son müraciət tarixi. Yalnız tələblərə cavab verən namizədlərə 5 iş günü ərzində geri dönüş edilir.
Qeyd olunan vakansiya üzrə 30.11.2026-ci il tarixinə qədər müraciət qəbul edilir.
Müsahibə ünvanı.
Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün baş ofisə dəvət ediləcək , Bakı şəh, Mətbuat prospekti 31
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
