Vakansiya haqqında
Vəzifə funksiyaları
-Rəqib banklar, maliyyə qurumları və bazar konyunkturu üzrə məlumatların toplanması, emalı və data əsaslı təhlilinin aparılması; bazar ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq məhsul/təkliflərin hazırlanması;
-Yeni kredit məhsulları və mövcud məhsullara dəyişikliklərlə bağlı təkliflərin hazırlanması zamanı statistik məlumatların təhlili, trendlərin qiymətləndirilməsi və nəticələrin əsaslandırılmış formada təqdim edilməsi;
-Pərakəndə kredit məhsullarına dair bütün tələb olunan hesabatların hazırlanması üçün məlumatların toplanması, emalı, sistemləşdirilməsi və nəticələrin analitik şəkildə təqdim olunması;
-Yeni və rəqəmsal kredit məhsullarının hazırlanması prosesində data təhlilindən istifadə edərək təkmilləşdirmə sahələrinin müəyyən edilməsi; texniki tapşırıqların yazılması və tətbiq prosesində məlumatların düzgün inteqrasiyasına nəzarət və s.
Yumşaq bacarıqlar
Təşəbbüskarlıq
Məsuliyyət
Nəticəyə yönümlülük
Digər şərtlər
Bank sektorunda minimum 6 ay iş təcrübəsi arzuolunandır.
Dil biliyi
Azərbaycan - Yüksək
Kompüter biliyi
Office proqramları - Orta
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
