Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ABB

Proqramlaşdırmanın təhlükəsizliyi üzrə aparıcı/baş mütəxəssisi

Şəhər göstərilməyibMənbə: Hellojob.az

Vakansiya haqqında

Görəcəyiniz işlər: CI/CD pipeline-larında DevSecOps praktikalarının qurulması, idarə edilməsi və davamlı təkmilləşdirilməsi; SAST, SCA, DAST, secrets scanning, Container və IaC Security yoxlamalarının inteqrasiyası, security gate və policy-lərin müəyyən edilməsi; Container və Kubernetes mühitlərinin təhlükəsizliyinin təmin edilməsi: image təhlükəsizliyinin yoxlanılması və cluster hardening tədbirlərinin həyata keçirilməsi; Veb, mobil, API və mikroservis həlləri üzrə təhlükəsizlik tələblərinin müəyyən edilməsi; Aşkar edilmiş zəifliklərin risk səviyyəsinə görə qiymətləndirilməsi və prioritetləşdirilməsi, onların aradan qaldırılması prosesinə nəzarət edilməsi; false positive nəticələrinin təhlili və skan qaydalarının tənzimlənməsi; Secure coding standartlarının və AppSec tələblərinin hazırlanması. Bizim üçün uyğun namizəd: Kompüter Elmləri, İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik və ya əlaqəli sahə üzrə ali təhsilə; DevSecOps və ya Application Security sahəsində ən azı 5 il iş təcrübəsinə; CI/CD platformalarında təhlükəsizlik yoxlamalarının, security gate və policy-lərin qurulması üzrə praktiki təcrübəyə; SAST, SCA, DAST, Container və IaC Security alətləri ilə işləmək, nəticələri təhlil etmək və skan qaydalarını tənzimləmək üzrə praktiki təcrübəyə; Secure SDLC, OWASP Top 10, OWASP API Security Top 10 və OWASP ASVS üzrə dərin biliklərə, veb, API və mikroservis arxitekturalarının təhlükəsizliyi üzrə biliklərə; Docker, Kubernetes və container security üzrə praktiki biliklərə, cloud security prinsipləri üzrə anlayışa; Java, C#, Python, JavaScript/TypeScript, Kotlin və ya Swift proqramlaşdırma dillərindən ən azı birində yazılmış kodu oxumaq və təhlükəsizlik baxımından təhlil etmək bacarığına; Python və ya Bash vasitəsilə avtomatlaşdırma işlərini həyata keçirmək bacarığına; Azərbaycan və ingilis dillərini texniki səviyyədə bilən şəxsdir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.