Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Rabitəbank ASC

Scrum Master üzrə Təcrübə Proqramı

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir “Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamenti üzrə Scrum Master istiqamətində 3 aylıq ödənişli təcrübə proqramı elan edirik! Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərində iştirak etmək və peşəkar inkişaf yolunda irəliləmək istəyirsənsə, bu fürsət məhz sənin üçündür! Təcrübə nələri əhatə edir: Peşəkar təlimlər (nəzəri və praktiki) Real keys üzərindən iş proseslərinə birbaşa cəlb olunma Biznes mühiti və korporativ iş prinsipləri ilə tanışlıq Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti Scrum tədbirlərinin (Daily Scrum, Sprint Planning, Sprint Review, Retrospective) təşkilində iştirak etmək. Sprint çərçivəsində görülən işlərin statusunun izlənilməsinə dəstək vermək. Komanda daxilində yaranan maneələrin müəyyən edilməsində və aidiyyəti şəxslərə çatdırılmasında iştirak etmək. Scrum qaydalarının komanda tərəfindən düzgün tətbiq edilməsinə kömək etmək. Komanda daxilində şəffaf kommunikasiyanın və davamlı təkmilləşdirmə yanaşmasının təşviqində iştirak etmək. Tələblər Tapşırıqların sprintə götürülməyə hazır olduğunu təyin edən Definition of Ready (DoR) meyarlarını anlamaq. Tapşırığın tam başa çatdığını təsdiqləyən Definition of Done (DoD) standartlarını bilmək. Agile/Scrum çərçivəsində tələblərin komanda üçün şəffaf, aydın və ziddiyyətsiz yazılmasını təmin etmək bacarığı. Tapşırıqların sprint çərçivəsində kiçik hissələrə bölünməsini (dekompozisiya) və qiymətləndirilməsini izləmək bacarığı. Proqram iştirakçılarına nə təklif olunur: Təyin olunmuş aylıq ödəniş Fərdi inkişaf və təcrübə qazandıracaq mühit Gələcək iş imkanları üçün real zəmin Kimlər müraciət edə bilər: Namizəd ali təhsilini ən azı bakalavr (və ya magistratura) səviyyəsində tamamlamış olmalıdır Hal-hazırda heç bir təhsil müəssisəsində əyani təhsil almayan namizədlər Məşğul şəxs hesab edilməyən, aktiv əmək müqaviləsi və aktiv vöen əsasında çalışmayan vətəndaşlar Gələcəyini Rabitəbank ilə qur – indi başla !

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.