Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PASHA Bank

Komplayns və AML departamentinin Komplayns şöbəsinin Mütəxəssisi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Bankın məhsul və xidmətlərinin yerli qanunvericiliyin, tənzimləyici orqanların tələblərinin, beynəlxalq standartların və Bankdaxili siyasət və prosedurların tələblərinə uyğunluğunun qiymətləndirilməsi və müvafiq rəylərin verilməsi; Tənzimləyici orqanlardan Banka daxil olan müraciət və tələblərin icrası üçün zəruri tədbirlərin görülməsi və icra prosesinin izlənilməsi; Təchizatçıların komplayens baxımından qiymətləndirilməsi üçün zəruri sənədlərin toplanması, məlumatların təhlili və müvafiq yoxlama proseslərinin həyata keçirilməsi; Qanunvericilikdə və tənzimləyici orqanların tələblərində baş verən dəyişikliklərin izlənilməsi, həmin dəyişikliklərin Bankın fəaliyyətinə təsirinin qiymətləndirilməsi və zəruri tələblər barədə Bank əməkdaşlarının vaxtında məlumatlandırılmasının təmin edilməsi; Bankdaxili proseslərin avtomatlaşdırılması və təkmilləşdirilməsi zamanı qanunvericiliyin, tənzimləyici orqanların tələblərinin və Bankdaxili normativ sənədlərin tələblərinə uyğunluğun qiymətləndirilməsi, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə rəy və təkliflərin verilməsi; Rüşvətxorluq və korrupsiya ilə mübarizə, Maraqlar toqquşması və digər əlaqəli Komplayens üzrə Bankdaxili siyasət və prosedurların Bankda tətbiqinin təmin edilməsi; Maraq toqquşması hallarının müəyyən edilməsi, müvafiq risklərin qiymətləndirilməsi və bu risklərin idarə edilməsi üzrə nəzarətin qurulması; Bankdaxili proseslərin qanunvericiliyin, tənzimləyici orqanların tələblərinə uyğunluğunun yoxlanılması və müvafiq hesabatların hazırlanması; Bankın struktur bölmələrinin fəaliyyətnin Komplayens tələblərinə uyğunluğunun davamlı monitorinqinin həyata keçirilməsi; İş prosesində yaranan risk faktorlarının vaxtında müəyyənləşdirilməsi və lazımi addımların atılması; Komplayens funksiyasının fəaliyyətinin təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və proseslərin optimallaşdırılması üzrə təkliflərin verilməsi; Biznes mərkəzlərindən və digər aidiyyəti struktur bölmələrdən daxil olan Komplayens məsələləri üzrə sorğuların cavablandırılması və müvafiq dəstəyin göstərilməsi; Komplayens məsələləri üzrə təlimlərin təşkili və keçirilməsi; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası. Tələblər Təhsil: Hüquq, iqtisadiyyat və ya digər uyğun sahədə ali təhsil (Hüquq sahəsində təhsili olan namizədlərə üstünlük verilir); Tələb olunan iş təcrübəsi: minimum 1 il, Bank təcrübəsinin olması mütləqdir (Komplayns, hüquq, risk və ya audit sahələrində (minimum birində) təcrübənin olması); Lisenziya / Sertifikat: Compliance, Hüquq, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır; Xarici dillər: İngilis (səlis), rus (işlək); Kompüter bilikləri: Microsoft Office; Başqa tələblər: Bankın fəaliyyəti ilə əlaqəli yerli qanunvericilik, Mərkəzi Bankın normativ hüquqi aktları, Banklarda Korporativ İdarəetmə Standartları və digər aidiyyəti qanunvericilik və tələblər üzrə geniş biliklər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.