Vakansiya haqqında
Təsvir
“Rabitəbank” ASC və Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığı çərçivəsində riteyl sahəsi üzrə 3 aylıq ödənişli təcrübə proqramı elan edirik!
Əgər maliyyə sektorunda ilk addımlarını atmaq, real iş proseslərinə qoşulmaq və peşəkar inkişaf yoluna çıxmaq istəyirsənsə bu fürsət sənin üçündür!
Təcrübə nələri əhatə edir:
Peşəkar təlimlər (nəzəri və praktiki)
Baş ofis və filiallarda real təcrübə imkanı
Biznes mühiti və korporativ iş prinsipləri ilə tanışlıq
Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq fürsəti
Məhsul üzrə yeni funksionallıqların və təkmilləşdirmələrin müəyyən edilməsində iştirak etmək.
İstifadəçi ehtiyaclarını araşdırmaq və onların biznes tələblərinə çevrilməsinə dəstək göstərmək.
User Story-lərin və ilkin Acceptance Criteria-ların hazırlanmasında iştirak etmək.
Məhsul üzrə tapşırıqların prioritetləşdirilməsinə dəstək vermək.
Product Backlog-un formalaşdırılması və yenilənməsində iştirak etmək.
Biznes və texniki komandalar arasında kommunikasiyaya dəstək göstərmək.
Hazırlanmış funksionallıqların biznes tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak etmək.
Tələblər
Istifadəçi hekayələrinin (User Story) "Rola görə – Arzu olunan fəaliyyət – Biznes dəyəri" strukturuna uyğun tərtib edilməsi bacarığı.
Tələblərin keyfiyyətini qiymətləndirmək üçün INVEST meyarlarından xəbərdar olmaq.
Tapşırıqların biznes dəyərinə görə prioritetləşdirilməsi prinsiplərini bilmək (məsələn, MoSCoW metodu).
Yüksək səviyyəli qəbul meyarlarının (Acceptance Criteria) formalaşdırılması bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
