Vakansiya haqqında
Bu rolun əsas məqsədi təşkilati inkişaf və insan resursları (HR) proseslərinin təhlili, biznes tələblərinin müəyyənləşdirilməsi və HR texnologiyalarının effektiv tətbiqinin dəstəklənməsi vasitəsilə qərar qəbuletmə prosesini təkmilləşdirmək, proseslərin optimallaşdırılmasına və təşkilati effektivliyin artırılmasına töhfə verməkdir.
+ ' ' + Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti.
Fundamental statistika bilikləri.
Microsoft Excel proqramı üzrə yüksək səviyyədə biliklər.
İri həcmli məlumat bazaları ilə işləmək və SQL sorğu dilindən istifadə etmək bacarığı.
Tableau, Power BI və digər məlumatların vizuallaşdırılması alətləri ilə işləmək bacarığı.
İnsan Resursları prosesləri və əməliyyatları üzrə biliklərin olması üstünlükdür.
+ ' ' + Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Rəqabətqabiliyyətli əməkhaqqı və bonuslar
Geniş əhatəli sığorta təminatı
Dəstəkləyici və pozitiv iş mühiti
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər və tədbirlər
Əlavə məzuniyyət günləri
Təhsil xidmətlərinə endirimlər və əməkdaşlar üçün kredit imkanları
Port Baku Tower 2-də yeni, rahat və müasir studio ofis
Agile prinsiplərinə əsaslanan güclü komanda işi, müntəzəm team building tədbirləri və tematik tədbirlər
Xarici həmkarlarla bilik və təcrübə mübadiləsinə imkan yaradan multikultural iş mühiti
+ ' ' + Toplanmış məlumatların ümumi təhlilini aparır, təhlillərin nəticələrinə əsasən hesabat və təkliflərin hazırlanmasını təşkil edir.
Dövri statistik icmalların hazırlanmasında, statistik məlumatların toplanmasında və ümumiləşdirilməsində iştirak edir.
Hesabatların düzgünlüyünə nəzarət edir, uyğunsuzluqlar aşkar edildikdə müvafiq işçiləri operativ şəkildə məlumatlandırır və uyğunsuzluqların aradan qaldırılmasını təmin edir.
Deskriptiv və diaqnostik hesabatların, eləcə də təhlillərin hazırlanmasını təşkil edir; qərar qəbuletmə prosesinə təsir göstərən hesabat və rəylərin formalaşdırılmasını və təqdim olunmasını təmin edir.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
