Vakansiya haqqında
Diaqnostika: Pasiyentlərin görmə itiliyini yoxlamaq, refraksiya fərqlərini (miopiya, hipermetropiya, astiqmatizm, presbiopiya) müəyyən etmək.
Reseptin yazılması: Görmə probleminin korreksiyası üçün eynək şüşələrinin və ya kontakt linzaların parametrini təyin edərək dəqiq tibbi resept yazmaq.
Kontakt linza tətbiqi: Pasiyentlərə kontakt linzaların (yumşaq, torik, multifokal və s.) düzgün seçilməsi, taxılması və onlara qulluq qaydalarının öyrədilməsi.
Xəstəliklərin ilkin təyini: Gözün ilkin patologiyalarını (qlaukoma, katarakta, konyuktivit və s.) erkən mərhələdə aşkarlamaq və ehtiyac olduqda pasiyenti həkim-oftalmoloqa (cərraha) yönləndirmək.
Məsləhət xidməti: Pasiyentlərə göz gigiyenası, kompüter qarşısında qorunma qaydaları və görmənin profilaktikası haqqında peşəkar tövsiyələr vermək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
