Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AMASS MMC

Mühəndis

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

AMASS MMC fasad işlərinin icrası üzrə fəaliyyət göstərən komandamıza peşəkar və məsuliyyətli Sahə Mühəndisi axtarır. Namizədə dair tələblər: Ali texniki və ya mühəndislik təhsili; Tikinti sahəsində sahə mühəndisi vəzifəsində minimum 2 il iş təcrübəsi; Fasad sistemləri və fasad işlərinin icrası üzrə təcrübə; Tikinti çertyojlarını və texniki layihələri oxumaq bacarığı; Tikinti texnologiyaları, materiallar və iş ardıcıllığı barədə biliklər; Komanda ilə işləmək, işçiləri koordinasiya etmək və operativ qərarlar qəbul etmək bacarığı; Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq; AutoCAD biliyi. Vəzifə öhdəlikləri: Fasad işlərinin layihə və texniki sənədlərə uyğun icrasına nəzarət etmək; Tikinti sahəsində gündəlik iş prosesini təşkil və koordinasiya etmək; İşlərin keyfiyyətinə, texniki tələblərə və təsdiq edilmiş qrafikə uyğunluğunu təmin etmək; Ustaların və fəhlələrin işinə nəzarət etmək, iş bölgüsünü həyata keçirmək; İstifadə olunan materialların layihəyə və texniki standartlara uyğunluğunu yoxlamaq; Layihə rəhbərliyi, podratçılar və digər aidiyyəti şəxslərlə koordinasiyanı təmin etmək; Görülən işlər barədə gündəlik hesabatlar hazırlamaq; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək; İş prosesində yaranan texniki problemləri müəyyən etmək və həlli istiqamətində tədbirlər görmək. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sahə Mühəndisi” qeyd etməklə sanam.ismayilova@amass.az ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.