Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ALIAA

Dərzi (Tikiliş və Kəsim üzrə)

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

DƏRZİ (KƏSİM VƏ TİKİLİŞ ÜZRƏ) TƏLƏB OLUNUR Yeni fəaliyyətə başlayacaq atelyemiz üçün təcrübəli, peşəkar və məsuliyyətli, həm kəsim, həm də tikiliş proseslərini müstəqil şəkildə həyata keçirə bilən dərzi axtarırıq. VƏZİFƏ ÖHDƏLİKLƏRİ - Ziyafət və xüsusi gün geyimlərinin kəsimini və tikilişini həyata keçirmək; - Ölçüləri düzgün götürmək və parçanı ölçülərə uyğun kəsmək; - Lekal əsasında və ya təqdim olunmuş modelə uyğun geyim hazırlamaq; - Fitting prosesini həyata keçirmək və zəruri düzəlişlər aparmaq; - Geyimlərin ütülənməsini və son işləmələrini təmin etmək; - Hazır geyimlərin keyfiyyətinə nəzarət etmək; - Kirayədən geri qaytarılan geyimlərin təmirini və bərpasını həyata keçirmək; - Geyimin modelinə uyğun material və tikiş texnikasını seçmək; - İş prosesində səliqə, dəqiqlik və keyfiyyət standartlarına riayət etmək. NAMİZƏDƏ TƏLƏBLƏR: - Qadın və ziyafət geyimlərinin hazırlanması üzrə minimum 5 il iş təcrübəsi; - Kəsim və tikiliş proseslərini müstəqil şəkildə həyata keçirmək bacarığı; - Parça və materialların xüsusiyyətlərini bilmək; - Lekal və konstruksiya ilə işləmək bacarığı; - Ziyafət və xüsusi gün geyimlərinin tikilişi üzrə təcrübə; - Diqqətli, səliqəli və məsuliyyətli olmaq; - Komanda ilə işləmək bacarığı; - İşə ciddi və peşəkar yanaşmaq. İş qrafiki: Tam ştat Əmək haqqı: Namizədin təcrübəsi, kəsim və tikiliş bacarıqları, eləcə də peşəkar səviyyəsi nəzərə alınmaqla müsahibə zamanı müəyyən ediləcək. MÜRACİƏT QAYDASI Vakansiya ilə maraqlanan namizədlərdən portfoliolarını aşağıdakı əlaqə vasitələrindən biri ilə göndərmələri xahiş olunur. 📧 E-mail: aliaashowroom@gmail.com 📱 WhatsApp: +994 10 335 15 75 VACİB QEYDLƏR - Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq. - Portfolio təqdim edilməsi mütləqdir. - Portfolioda namizədin şəxsən kəsdiyi və tikdiyi geyimlərin, hazırladığı konstruksiya və lekal nümunələrinin, eləcə də incə əl işlərinin fotoşəkillərinin olması arzuolunandır. Peşəkarlığını və təcrübəsini yeni atelye mühitində nümayiş etdirmək istəyən namizədlərin müraciətlərini gözləyirik!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.