Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Unibank ASC

İnformasiya sistemlərinin mühafizəsi Şöbəsinin Təcrübəçisi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Fişinq e-maillərinin, şübhəli qoşmaların, URL-lərin, domenlərin və digər potensial təhlükələrin ilkin analizini aparmaq; Təhlükəsizlik insidentlərinin qeydiyyata alınması, təsnifləşdirilməsi, araşdırılması və sənədləşdirilməsində iştirak etmək; Təhlükəsizlik sistemlərində istifadəçi, siyasət, qayda və digər konfiqurasiya dəyişikliklərinin həyata keçirilməsində iştirak etmək; Şübhəli IP ünvanları, domenlər, fayl hash-ləri və digər indikatorlar (IOC) üzrə ilkin araşdırmalar aparmaq; Təhlükəsizlik zəifliklərinin və risklərinin müəyyənləşdirilməsi proseslərinə dəstək olmaq; Təhlükəsizlik alətlərinin sazlanması, test edilməsi və optimallaşdırılmasında iştirak etmək. Tələblər İnformasiya texnologiyaları, kibertəhlükəsizlik, kompüter mühəndisliyi və ya əlaqədar sahə üzrə ali təhsil; Şəbəkə əsasları (TCP/IP, DNS, HTTP/HTTPS, VPN) haqqında baza bilikləri; Windows və Linux əməliyyat sistemləri haqqında baza bilikləri; Kibertəhlükəsizlik sertifikatlarının olması üstünlükdür.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.