Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Redmark Agency

Fotoqraf və videoqraf

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

🎬 Redmark Agency komandasına Videoqraf axtarırıq! Əmək haqqı 1500-2000 AZN! Redmark Agency olaraq kreativ komandamızı gücləndirmək üçün istedadlı və yaradıcı bir Videoqraf axtarırıq. Əgər kamera arxasında hekayə danışmağı sevirsənsə və hər kadrda fərq yaratmaq istəyirsənsə — səni komandamızda görmək istəyirik! —Vəzifə öhdəlikləri: Müştəri layihələri üçün video çəkilişlərin icrası; Reklam çarxları, sosial media kontenti (Reels, TikTok, YouTube) və brend videolarının çəkilişi; İşıq, səs və kamera avadanlıqlarının peşəkar istifadəsi; —Tələblər: - Videoqrafiya sahəsində minimum 1-2 illik təcrübə; - Peşəkar kamera və işıq avadanlıqları ilə işləmə bacarığı; - Komanda ilə işləmə və vaxt idarəetmə bacarığı; - Video montaj bilikləri (Adobe Premiere Pro, CapCut); - Minimum Sony A7 III aparatı, 3 işıq və mikrofon olması - Portfolio mütləqdir. —Üstünlük sayılacaq: Tibb/sağlamlıq sektoru ilə iş təcrübəsi Maşının olması —Nə təklif edirik: İllik KPİ bonusu Qurulmuş proseslər və hesabat sistemləri — sıfırdan xaos yox, sistemli mühit Peşəkar inkişaf və rəqbətli əmək haqqı Güclü komanda mədəniyyəti — mütəmadi team building, birgə tədbirlər və dəstəkləyici iş mühiti 📩 Müraciət üçün - Portfolio və CV-nizi "Middle Videoqraf" başlığı ilə info@redmark.az ünvanına göndərə bilərsiniz. 📍 İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.