Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Vibe Agency

Satış təmsilçisi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Vibe Agency komandasına Satış Meneceri axtarırıq!🚀 Reklam və marketinq sahəsində fəaliyyət göstərən komandamıza ünsiyyətcil, enerjili və satış bacarığına sahib Satış Meneceri axtarırıq. Vəzifə öhdəlikləri: Yeni potensial müştərilərin araşdırılması və əlaqələrin qurulması; Müştərilərə agentliyin xidmətləri haqqında ətraflı məlumat vermək; Müştərinin ehtiyaclarını müəyyənləşdirərək uyğun reklam və marketinq həllərini təklif etmək; Gələn müraciətlərin operativ şəkildə cavablandırılması və satışa yönləndirilməsi; Görüşlər və danışıqlar aparmaq, kommersiya təklifləri hazırlamaq; Mövcud və potensial müştərilərlə uzunmüddətli münasibətlər qurmaq; Satış prosesini CRM və ya daxili sistemdə qeydiyyatda saxlamaq; Satış hədəflərinə çatmaq və nəticələr üzrə hesabat vermək. Tələblər: Satış sahəsində təcrübə; Reklam agentliyində iş təcrübəsinin olmağı arzuolunandır; Güclü kommunikasiya və təqdimat bacarığı; Danışıqlar aparmaq və müştərini inandırmaq qabiliyyəti; Aktiv satış və yeni müştəri axtarışına maraq; Nəticə və hədəf yönümlü çalışma; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Rus və ya ingilis dili biliyi üstünlükdür; Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik. Sizi nələr gözləyir? Kreativ və dinamik iş mühiti; Reklam və marketinq sahəsində inkişaf imkanı; Peşəkar və dəstəkçi komanda; Karyeranı inkişaf etdirmək üçün imkanlar. İş rejimi: Həftə içi 5 gün ⁠Full-time (10:00 - 18:00) Maaş: Razılaşma yolu ilə 📩 Müraciət üçün: CV və portfolio-nuzu info@vibeagency.az ünvanına göndərin. Başlıqda “Satış Meneceri” qeyd edin.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.