Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Caspian International Hospital

Videoqraf

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: · Marketinq fəaliyyətləri üçün foto və video çəkilişlərini planlaşdırmaq və həyata keçirmək. · Sosial media, rəqəmsal platformalar üçün vizual məzmun, qrafik dizayn və video materialları hazırlamaq. · Hazırlanan foto, video və s. dizayn materiallarının montajını və yekun emalını həyata keçirmək. · Brendin korporativ vizual üslubuna uyğun məzmun yaratmaq və onun vahidliyini qorumaq. · Çəkilişlərin təşkili və icrası zamanı aidiyyəti şöbələr və əməkdaşlarla koordinasiyalı işləmək. · Hazırlanan materialların keyfiyyətini və vaxtında təhvil verilməsini təmin etmək. · Vəzifə funksiyalarına uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. · TikTok, Instagram Reels və YouTube Shorts platformalarına uyğun formatlarda kontent hazırlamaq; · Platformalarda aktual trendləri, kontent formatlarını və auditoriya davranışlarını mütəmadi izləyərək innovativ həllər təklif etmək; Tələblər: · Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi. · Foto və video çəkilişi, montajı və qrafik dizayn sahəsində praktiki təcrübə. · Adobe Premiere Pro, After Effects, Photoshop, Illustrator və Lightroom proqramlarında işləmək bacarığı. · Peşəkar kamera, işıqlandırma, səs avadanlıqları və gimbal ilə işləmək bacarığı. · Video montajı, rəng korreksiyası (Color Correction), səs emalı və motion graphic üzrə biliklər. · Instagram, Facebook, TikTok, YouTube və LinkedIn platformaları üçün foto və video kontent hazırlamaq və paylaşmaq bacarığı. · Güclü vizual zövq, kompozisiya, kadraj və brend estetikası üzrə biliklər. · Kreativ düşüncə, məsuliyyətlilik, vaxtın effektiv idarə olunması və komanda ilə işləmək bacarığı. · Portfolio təqdim edilməsi mütləqdir. · Tibbi və ya korporativ sahədə iş təcrübəsi üstünlükdür. Şərtlər: · AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi · İş qrafiki: Bazar ertəsi–Cümə | 09:00–18:00 · Şirkət tərəfindən naharla təmin olunur · Peşəkar inkişaf və karyera imkanları · Əmək haqqı:1000-1500

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.