Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

TAB MMC

Korporativ satış üzrə menecer

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Müştərilərə şirkətin məhsulları haqqında ətraflı məlumat verilməsi; Müştəri ilə görüşlərin təyin edilməsi və görüşlərdə iştirak etməsi; Məhsul haqqında bilikləri daim artırmaq və müştəriyə düzgün informasiyanı ötürmək Müxtəlif biznes proseslərdən anlayışlı olmalı; Şirkətlər ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq; Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması; Texnoloji yeniliklərə və sürətli öyrənməyə açıq olmalı; Təyin edilmiş satış hədəflərinə çatmaq üçün şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq; Satış başa çatdıqdan sonra müqavilə hazırlanma prosesinin koordinasiya edilməsi (rekvizitlər, çatdırılma, hesab faktura, qaimə); Tender, kotirovka və satınalma proseslərində iştirak; Vendor və distributorlarla qiymət, stok və çatdırılma şərtlərinin razılaşdırılması; Rəqiblərin və bazarın monitorinqi; Aylıq satış hesabatlarının hazırlanması. Namizədə əsas tələblər Ali təhsil; 1-3 ildən artıq Korporativ satış üzrə təcrübə; Komputer bilikləri: MS Office (Word, Excel) Korporativ müştərilərlə işləmə bacarığı; Aktiv müştəri axtarışı və cold calling bacarığı; Yeni müştərini real sifarişə çevirmək bacarığı; Güclü danışıqlar aparmaq bacarığı; Kommersiya təklifi hazırlamaq bacarığı

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.