Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

GASTROPUB

GastroPub Direktoru

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Vakansiya: GastroPub Direktoru (General Manager) Əməkhaqqı: yuksek emek haqqi + performansa əsaslanan bonus İş yeri: Bakı Vəzifə öhdəlikləri * Yeni GastroPub layihəsinin sıfırdan qurulması və açılış prosesinin tam idarə edilməsi; * Restoranın gündəlik əməliyyat fəaliyyətinin təşkili və idarə olunması; * İşçi heyətinin seçilməsi, təlimi, motivasiyası və effektiv idarə edilməsi; * Mətbəx, bar və servis bölmələrinin koordinasiyası; * Menyu və qiymət siyasətinin hazırlanmasında iştirak; * Təchizatçılarla danışıqların aparılması və satınalma proseslərinə nəzarət; * Food Cost, Beverage Cost və əməkhaqqı xərclərinin optimallaşdırılması; * Satış strategiyalarının hazırlanması və aylıq dövriyyənin artırılması; * Büdcənin planlaşdırılması, maliyyə göstəricilərinin və mənfəətliliyin təhlili; * Anbar uçotu, inventarizasiya və itkilərə nəzarət sisteminin qurulması; * Müştəri məmnuniyyətinin və yüksək xidmət standartlarının təmin edilməsi; * Sanitar-gigiyenik və təhlükəsizlik standartlarına riayət olunmasına nəzarət; * Müəssisənin inkişafı üçün yeni ideyaların və marketinq təşəbbüslərinin hazırlanması; * Şirkət rəhbərliyinə mütəmadi əməliyyat və maliyyə hesabatlarının təqdim edilməsi. Namizədə tələblər * Restoran, GastroPub və ya F&B sektorunda minimum 5 il iş təcrübəsi; * Ən azı 3 il rəhbər vəzifədə çalışma təcrübəsi; * Rus dilində səlist danışıq * Restoranın sıfırdan açılması və idarə edilməsi təcrübəsi üstünlükdür; * Bar və alkoqollu içki satışının idarə olunması üzrə biliklər; * Maliyyə planlaşdırılması, P&L, Food Cost və Beverage Cost üzrə praktiki biliklər; * Güclü liderlik, təşkilatçılıq və problem həll etmə bacarıqları; * Satışyönümlü düşüncə və nəticəyə fokuslanma. Təklif edirik * yuksek əməkhaqqı; * Nəticələrə əsaslanan bonus sistemi; * Yeni GastroPub layihəsinin qurulmasında əsas idarəçi rol; * Uzunmüddətli əməkdaşlıq və peşəkar inkişaf imkanı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.