Vakansiya haqqında
Vəzifə:
Abituriyent şöbəsinin ümumi fəaliyyətinin təşkili və idarə olunması;
Müəllim heyətinin koordinasiyası, iş bölgüsünün aparılması və fəaliyyətinə nəzarət;
Tələbələrin dərs davamiyyəti, akademik göstəriciləri və nəticələrinin mütəmadi izlənilməsi;
İmtahan prosesinin planlaşdırılması, təşkili və nəzarətdə saxlanılması;
Valideynlərlə mütəmadi görüşlərin keçirilməsi, müraciətlərin dinlənilməsi və müvafiq hesabatların hazırlanması;
Tədris planının icrasına və tədris prosesinin keyfiyyətinə nəzarət;
Şöbənin aylıq fəaliyyət və nəticə hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim olunması;
Abituriyent şöbəsinin inkişaf strategiyasının hazırlanması və həyata keçirilməsi;
Tədris prosesinin səmərəliliyinin artırılması və nəticələrin yüksəldilməsi istiqamətində yeni yanaşmaların tətbiqi;
Şöbənin gündəlik operativ fəaliyyətinin idarə edilməsi və yaranan məsələlərin çevik həllinin təmin olunması.
Tələblər:
Ali təhsil (pedaqoji təhsil üstünlükdür)
Təhsil və idarəçilik sahəsində minimum 2 il təcrübə
Satış sahəsində, müştəri xidmətlərində minimum 1 il təcrübə
Yaş həddi: 26-45
Liderlik və komanda idarəetmə bacarığı
Analitik düşünmə və məsuliyyətlilik
Yüksək ünsiyyət və təqdimat bacarığı
Microsoft Office proqramları ilə işləmə bacarığı
İş vaxtı tam ştat olduğu üçün təhsil alan tələbələrin müraciəti məqsədə uyğun deyil
Karyera imkanları və təminatlar
Korporativ nömrə
Korporativ telefon
Şirkət əmək münasibətləri zamanı artan əməkhaqqı və karyera imkanlarını tətbiq edir
Əmək şəraiti və şərtləri
Ünvan: Bakı
Əmək haqqı: 800-1200
İş günləri: həftə içi 5 gün (6-cı gün qısaldılmış)
AR ƏM-nə uyğun sənədləşmə
Gizlilik təminatı
Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları, həmçinin müraciəti barədə məlumatlar 3-cü tərəf qarşısında paylaşılmır
Vakansiya üçün müraciət forması və şərtləri
Vakansiya üzrə tələblərə cavab verən namizədlər aşağıdakı “müraciət et” butonuna daxil ola və ya hr@educompany.az mail ünvanına fərdi CV-lərini göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərə 3 iş günü ərzində geri dönüş edilir.
Qeyd olunan vakansiya üzrə 16.11.2026-cı il tarixinə qədər müraciət qəbul edilir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
