Vakansiya haqqında
Texnologiyalarla işləməyi, mürəkkəb problemlərə effektiv həllər tapmağı və keyfiyyətli proqram təminatı yaratmağı sevən bir mütəxəssissinizsə, sizi komandamıza Backend Developer kimi dəvət edirik.
Bu rolda backend servislərinin və API-lərin hazırlanması, mövcud sistemlərin təkmilləşdirilməsi və yeni funksiyaların həyata keçirilməsində iştirak edəcəksiniz. Müasir texnologiyalardan istifadə edərək performanslı, etibarlı və miqyaslana bilən həllər yaradacaqsınız.
Əgər güclü texniki biliklərə, analitik düşüncəyə və keyfiyyətə fokuslanan yanaşmaya sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!
+ ' ' + Java Developer kimi minimum 3 il iş təcrübəsi
Java 17 və daha yuxarı versiyalar üzrə yaxşı biliklər
OOP, Data Structures & Algorithms, Design Patterns və SOLID prinsipləri üzrə güclü biliklər
Microservices Architecture və Distributed Systems üzrə təcrübə
Güclü ünsiyyət bacarıqları: Azərbaycan dilində sərbəst danışıq, ingilis dili biliyi üstünlükdür
+ ' ' + Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
+ ' ' + Backend servislərini və API-ləri hazırlamaq və dəstəkləmək.
Tech Lead və komanda üzvləri ilə sıx əməkdaşlıq edərək yüksək keyfiyyətli proqram təminatı həlləri təqdim etmək.
Ən yaxşı proqramlaşdırma təcrübələrinə uyğun, təmiz, effektiv və yaxşı test edilmiş kod yazmaq.
Backend tətbiqlərinin performansını optimallaşdırmaq və etibarlılığını təmin etmək.
Verilənlərin səmərəli idarə olunmasını və verilənlər bazası miqrasiyalarını təmin etmək.
Proqramlaşdırma, test və deployment proseslərində ən yaxşı təcrübələri tətbiq etmək və onlara riayət etmək.
Sistemin dayanıqlılığını təmin etmək üçün production mühitində yaranan problemləri araşdırmaq, sazlamaq və həll etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
