Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PASHA Bank

Kiçik və Orta Sahibkarlıq Bankçılığı departamentinin Bakı satış/Sədərək şöbəsi Müştəri xidmətləri qrupunun Kiçik mütəxəssisi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir İşiniz nədən ibarətdir? Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi; Hər müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması; Müştərinin loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması; Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması.; Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi; Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımı prosedurların icrası; İcra olunan bütün əməliyyatların Bankın Komplayns tələblərinə uyğunluğunu təmin edilməsi; Hər hansı mümkün olan saxtakarlıq əməliyyatların aşkarlanması və aidiyyəti struktur bölmələrə yönəldilməsi; Bank məhsuları üçün çarpaz satışın dəstəklənməsi; Sənədləşmənin dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması; Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi; Ehtiyac olduqda digər filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi; Bank məhsulları və xidmətləri, habelə bütün yeniliklər haqqında məlumatlı olmaq; Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı. Tələblər Sizdən nə tələb olunur? Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili; Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 0-2 il; Texniki səriştələr: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri. Yumşaq səriştələr: Güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı. Xarici dillər: İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə), Azərbaycan dili (yüksək səviyyədə); Kompüter bilikləri: Microsoft Office (Excel, Word) Digər bacarıqlar: Müvafiq daxili siyasət və prosedurlar, Bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.