Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ATB Bank

KOB Əməliyyatları üzrə mütəxəssis (Kiçik və Orta Biznes Kreditləri)

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Hüquqi şəxs və fərdi sahibkar müştərilərə xidmət edir; Hüquqi şəxs və fərdi sahikarların hesablarını açmaq və bağlamaq üçün lazım olan sənədlərin qəbulu, təhlili, hesabların sistemdə açılması və bağlanması; Hüquqi şəxs və fərdi sahikarlaın ödəniş tapşırıqlarının (milli və xarici valyutada), konvertasiya üzrə sifarişlərin icraya qəbul edilməsi; Hüquqi şəxs və fərdi sahibkarların valyuta ödənişləri ilə bağlı sənədlərin (AR MB-nın təlimatlarına uyğun olaraq) ilkin təhlili, bankdaxili prosesə uyğun müəyyən edilmiş struktura yönəldilməsi; Əmək haqqı layihəsi, biznes kartların alınması və post terminal sifarişi üzrə lazımı sənədlərin icraya qəbulu, sifarişi; Bankın hüquqi şəxs və fərdi sahibkar müştəriləri tərəfindən daxil olan digər ərizə, müraciət məktubları, sorğular və s. qəbulu və müvafiq tədbirlərin görülməsi; Hüquqi şəxs və fərdi sahibkarlara, hesablarına daxil olan sərəncamlar haqda silinməzdən öncə məlumat vermək; Hüquqi şəxs və fərdi sahibkar hesabları üzrə nağd mədaxil və məxaric əməliyyatlarının icra edilməsi, hesablaşma-kassa əməliyyatları üzrə nəzərdə tutulmuş digər əməliyyatlar üzrə tapşırıq, ərizə, sifariş, müraciət məktublarının və s. qəbulu və müvafiq tədbirlərin görülməsi; Təyin olunmuş proseduralar əsasında və «Azər-Türk Bank» ASC-də mövcud olan pul köçürmələri sistemləri vasitəsilə müştərilərə pul vəsaitlərinin göndərilməsi və verilməsi üzrə xidmətlər göstərmək; Hüquqi şəxs və fərdi sahibkarlara mövcud qeyri-kredit məhsulları, tariflər və əməliyyatlar haqda dəqiq, dolğun məlumat verilməsi; Hüquqi şəxs və fərdi sahibkar hesabları üzrə aparılan əməliyyatlara və qalıqlara nəzarət etmək; Hesab üzrə arayışların verilməsi, komissiyaların tutulması; Müvafiq qaydada rəy alındıqdan sonra BƏS-də müştəri müştəri məlumatları üzrə əlavə və düzəlişlərin edilməsi; Biznes xidmət sahəsi üzrə təcrübəçilərin hazırlanması; Fəaliyyətini qüvvədə olan qanunvericilik, Mərkəzi Bankın və «Azər-Türk Bank» ASC-nin qaydaları, təlimatları, qərar və sərəncamları çərçivəsində həyata keçirmək; Müştəri tərəfindən gələn müraciətləri (telefon, elektron poçt və s. vasitələrlə) qəbul etmək və sualları cavablandırmaq; Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək; Bankın təklif etdiyi mәhsul və xidmətlərə dair müştərilərin tәklif və iradlarını qəbul etmək, bölmə rəhbərinə çatdırmaq. Bankın xidmət şəbəkəsi (filiallar, bankomatlar, POS-terminallar və s.) barəsində məlumatlar vermək; Tələblər Ali təhsil; Bank işi və ya əməliyyat sahəsində ən azı 2 illik təcrübə; Microsoft Excel biliyi yüksək səviyyədə olmalıdır (düsturlar, VLOOKUP/XLOOKUP, Pivot Table, məlumatların təhlili və hesabatlanması), digər Microsoft Office proqramlarını bilmək; Azərbaycan dilini əla, rus dilini yaxşı bilmək; Bank qanunvericiliyi və normativ hüquqi aktları bilmək; Komandada işləmək, müştərilərlə işgüzar ünsiyyət qurmaq bacarığı; Məsuliyyətli, peşəkar və təşəbbüskar olmaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.