Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Avis Apteklər Şəbəkəsi

Optika üzrə mütəxəssis

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

📍 Filiallar: Yasamal və Beşmərtəbə 🕒 İş qrafiki: Tam iş günü, həftədə 6 gün 💰 Əməkhaqqı: Bonuslarla birlikdə 700- 900 AZN 🚀 Karyera inkişafı və yüksəliş imkanları Namizədə tələblər: • Optika sahəsində iş təcrübəsi və eynək məhsulları üzrə biliklər; • Eynək çərçivələri, optik və günəş eynəyi linzalarının xüsusiyyətləri barədə məlumatlı olmaq; • Eynək reseptlərini oxumaq və reseptə uyğun sifariş qəbul etmək bacarığı; • Müştərinin ehtiyacını müəyyənləşdirmək və uyğun məhsulu aydın şəkildə təqdim etmək; • Səlis Azərbaycan dili və güclü ünsiyyət bacarığı; rus dili biliyi üstünlükdür; • Satış bacarığı, nəticəy önümlülük və müştəri məmnuniyyətinə həssas yanaşma; • Məsuliyyətli, dəqiq, nəzakətli olmaq və komanda ilə işləməyi bacarmaq. Vəzifə öhdəlikləri: • Müştəriləri qarşılamaq, ehtiyaclarını öyrənmək və peşəkar konsultasiya vermək; • Həkim reseptinə, müştərinin ehtiyacına və büdcəsinə uyğun çərçivə və linza seçimində dəstək göstərmək; • Məhsulların xüsusiyyətləri, istifadə və qulluq qaydaları, qiymətlər və kampaniyalar haqqında düzgün məlumat vermək; • Eynək sifarişlərini dəqiq qəbul etmək, zəruri ölçüləri götürmək və sifariş məlumatlarını qeydiyyata almaq; • Sifarişlərin hazırlanmasını izləmək, təhvil zamanı reseptə və sifarişə uyğunluğunu yoxlamaq; • Eynəyin müştərinin üzünə uyğun oturuşunu yoxlamaq və səlahiyyəti daxilində sadə tənzimləmələr aparmaq; • Satış prosesini həyata keçirmək və satış hədəflərinə çatmaq üçün fəal çalışmaq; • Məhsulların vitrinlərdə səliqəli təqdimatını təmin etmək, qiymət etiketlərinə və məhsul qalığına nəzarət etmək; • Müştəri müraciətlərini diqqətlə dinləmək və satış sonrası xidmətə dəstək göstərmək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.