Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Redmark Agency

Sosial Media Marketinq (SMM) mütəxəssisi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Redmark Agency olaraq komandamızı genişləndiririk və yaradıcı, öyrənməyə açıq Junior SMM mütəxəssisi axtarırıq! Vəzifə öhdəlikləri: Müştəridən gələn briefləri dizayn və videomontaj komandasına düzgün ötürmək, paylaşımların hazırlanıb təsdiqlənmə prosesində körpü olmaq. Paylaşımları uyğun platformalarda (Instagram, Facebook, TikTok, LinkedIn, YouTube) planlaşdırmaq və vaxtında yayımlamaq; İzləyicilərin şərh və mesajlarına nəzarət etmək; Trendləri və rəqiblərin fəaliyyətini izləmək; Aylıq hesabatların və statistik analizlərin hazırlanmasına dəstək olmaq; Aylıq kontent planlarının hazırlanmasında iştirak etmək. Namizədə tələblər: 1-2 il SMM və ya marketinq sahəsində təcrübə (təcrübəsi olmayan, amma güclü portfoliosu olan namizədlərə də baxılacaq); Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Rus və/və ya ingilis dili biliyi üstünlükdür; Əsas sosial media platformalarının alqoritmlərini və formatlarını bilmək; Meta Business Suite ilə işləmə təcrübəsi; Yaradıcı düşüncə, trendləri hiss etmək; Məsuliyyətlilik, vaxtın idarə edilməsi və komandada işləmə bacarığı. Biz nə təklif edirik? Tibb sektorunda ixtisaslaşmış agentlikdə real təcrübə; İllik KPI bonusu; Qurulmuş proseslər və hesabat sistemləri — sıfırdan xaos yox, sistemli mühit; Peşəkar inkişaf və rəqbətli əmək haqqı; Güclü komanda mədəniyyəti — mütəmadi team building, birgə tədbirlər və dəstəkləyici iş mühiti. Ünvan: Bakı, Ağ şəhər, İlqar Mirzəyev küçəsi. İş saatları: 09:00 - 18:00. Əmək haqqı: 500-700 AZN (bilik, bacarıq və təcrübəyə əsasən təyin ediləcək.). Müraciət üçün namizədlərdən öz CV və Portfoliolarını info@redmark.az elektron ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.