Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Unibank ASC

Büdcələşdirmə və planlaşdırma şöbəsinin Mütəxəssisi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Daxil olan sifariş və müraciətlərin qəbulu, müvafiq xərc maddələri üzrə qeydiyyatının aparılması və təsdiq edilmiş büdcəyə uyğunluğunun yoxlanılması; Xərc əməliyyatlarının büdcəyə uyğunluğuna nəzarət edilməsi, müvafiq məlumatların daxili məlumat bazaları ilə üzləşdirilməsi və aşkar edilmiş fərqlərin təhlil edilməsi; Xərclərin dövri uçotunun aparılması; Rəhbərliyə təqdim edilmək üçün dövri maliyyə və idarəetmə hesabatlarının hazırlanması; ABC məqsədləri üçün xərclərin müvafiq xərc mərkəzləri üzrə bölüşdürülməsi. Tələblər İqtisadiyyat, maliyyə və ya müvafiq sahələr üzrə ali təhsil; Bank sektorunda maliyyə, büdcələşdirmə, maliyyə təhlili və ya xərc nəzarəti istiqamətində ən azı 1 il iş təcrübəsi; Analitik düşünmə, hesablama və məlumatları təhlil etmə bacarığı; Böyük həcmli məlumatlarla işləmək bacarığı; MS Office proqramları, xüsusilə Microsoft Excel üzrə praktiki biliklər; SQL sorğularının yazılması üzrə bilik və bacarıqlara malik olmaq üstünlük hesab olunur

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.