Vakansiya haqqında
Təsvir
Şirkətin müxtəlif brendləri üçün sosial media kontent strategiyasının işlənib hazırlanması;
Aylıq post planı və story planının hazırlanması;
Paylaşım qrafikinə nəzarət və zamanında icrasının təmin edilməsi;
Sosial media kanallarından gələn orqanik trafikin izlənməsi;
Kanal üzrə statistikaların müntəzəm analizi Aylıq performans hesabatlarının hazırlanması;
Paylaşımlarda linklərinin düzgünlüyünün yoxlanması;
UTM parametrlərinin yaradılması və tətbiq edilməsi;
TikTok böyüməsinə yönəlik reklam kontentinin hazırlanmasına nəzarət edilməsi, hazır kontentin reklamа göndərilməsi;
Meta, TikTok, Linkedin və digər hesabların aktiv idarə olunması;
TikTok və YouTube Shorts üçün video paylaşımlarının planlaşdırılması, Post və Story paylaşımlarının icra edilməsi;
Dizayn, Kreativ, PR və PM komandaları ilə sıx əməkdaşlıq edilməsi;
PM-lərdən gələn taskların icraya götürülməsi və nəzarət edilməsi;
Daxili iş proseslərinin nizamlı şəkildə aparılması.
Tələblər
Ali təhsil;
Səlis azərbaycan və ingilis dili biliyi, rus dili biliyi üstünlükdür;
Sosial media platformalarını (xüsusilə Instagram, TikTok) peşəkar səviyyədə bilmək;
Analitik düşüncə tərzi — statistikaya baxıb məna çıxarmaq bacarığı;
UTM parametrləri ilə iş təcrübəsi üstünlükdür;
CapCut ilə video redaktə təcrübəsi;
Güclü zamanı idarəetmə bacarığı, eyni anda bir neçə task ilə işləmək qabiliyyəti;
TikTok və YouTube Shorts üçün kontent yaratma təcrübəsi üstünlükdür;
Meta və ya Google Ads haqqında əsas biliklərin olması üstünlükdür;
Sosial media analitika alətlərini bilmək üstünlükdür (Meta Business Suite, TikTok Analytics)
Komanda ilə işləmə bacarığı.
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Dinamik və müasir iş mühiti;
Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar;
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
