Vakansiya haqqında
Satış üzrə menecer
Təhsil müəssisələri ilə əməkdaşlıq
Məktəb və bağçalarla əməkdaşlıq əlaqələri qurmaq, tədris vəsaitlərimizin təqdimatını və
satışını həyata keçirmək üçün menecer axtarırıq.
İş haqqında:
Potensial müştəriləri müəyyənləşdirmək, məktəb və bağça rəhbərlikləri ilə əlaqə saxlayaraq görüşlər təşkil etmək;
Təhsil müəssisələrinə səfər edərək tədris vəsaitlərini təqdim etmək və məhsullar haqqında ətraflı məlumat vermək;
Müştərilərin ehtiyaclarını öyrənmək, uyğun məhsullar təklif etmək və satış danışıqları aparmaq;
Sifarişlərin qəbulunu və satış prosesini izləmək;
Keçirilən görüşlər və satış nəticələri üzrə həftəlik hesabat hazırlamaq.
Tələblər:
Satış sahəsində iş təcrübəsi;
Ünsiyyət, təqdimat və danışıq aparmaq bacarığı;
Müştəri cəlb etmək və satışa nail olmaq bacarığı;
Azərbaycan dilində səlis və aydın nitq;
Müstəqil işləmək, təşəbbüskarlıq və məsuliyyətlilik;
Təhsil müəssisələrinə işgüzar səfərlər etməyə hazırlıq.
Nəşriyyat və tədris məhsullarının satışı sahəsində, eləcə də tibbi nümayəndə kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Qeyd: CV-nizi “Satış meneceri” qeyd etməklə göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
