Vakansiya haqqında
Təsvir
Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətlərin partnyorluğa cəlb olunması prosesində iştirak;
Şirkətlərlə fərdi danışıqlar aparılaraq partnyorluq şərtlərinin razılaşdırılması və müqavilənin bağlanması;
Mövcud partnyorlar ilə isti münasibətlərin qorunması və daha da yaxşılaşdırılması;
Partnyorluğa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı dəstək göstərilməsi;
Partnyor portfelinin mütəmadi izlənməsi, mövcud partnyorların dövriyyəsinin aktiv saxlanılması və artırılması istiqamətində təkliflərin verilməsi;
Partnyorlarla bank arasında yaranmış borcların monitorinqi prosesinə nəzarət;
Hər ay partnyorlarla əlaqə yaradaraq yığımların vaxtında icra olunmasına nəzarət etmək.
Yaranmış borclara uyğun invoice-lərin hazırlanması və Partnyorlara təqdim olunması prosesinə nəzarət;
İmzalanmış invoice-lara uyğun elektron qaimənin göndərilməsi prosesinə nəzarət, aidiyyatı departamentlərlə sıx əməkdaşlıq;
İnvoce-lərə uyğun Partnyorlara hesabdan çıxarışın göndərilməsi prosesinə nəzarət;
Partnyor haqqında məlumatın bütün rəqəmsal kanallara əlavə olunması prosesinə nəzarət;
Şöbə rəisi və departament direktoruna aylıq hesabatları təqdim etmək;
Şöbənin funksiyasından irəli gələn digər funksiyaların əməkdaşlıqla icra edilməsi.
Tələblər
Ali təhsil; (Satış, Menecment, Marketinq sahəsi üzrə olması arzuolunandır)
Satış, tərəfdaşlıq (partnership) və ya B2B əlaqələrinin idarə edilməsi sahəsində minimum 2 illik iş təcrübəsi;
Əla səviyyədə Azərbaycan dili biliyi, danışıq səviyyəsində rus dili biliyi;
Komputer biliyi: yüksək səviyyədə MS Office bilikləri, müasir rəqəmsal alətlərdən istifadə bacarığı, təqdimat hazırlama bacarığı;
Bacarıqlar
Yüksək analiz qabiliyyət;
Məsuliyyətlilik, Təşəbbüskarlıq, Operativlik və Qərarvermə qabiliyyəti.
Səlis nitq və dolğun təqdimetmə bacarığı;
Güclü kommunikasiya bacarığı;
Komanda ilə işləmə bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
