Vakansiya haqqında
Görəcəyiniz işlər:
Məhsulların biznes məntiqini və təkmilləşdirmə imkanlarını müəyyən etmək;
SQL vasitəsilə müxtəlif mənbələrdən məlumatları çıxarmaq, birləşdirmək və təhlil etmək;
Excel-də hesabatlar, müqayisəli təhlillər və analitik modellər hazırlamaq;
Müştəri davranışını, göstəriciləri, konversiyanı və prosesləri təhlil etmək;
Problemlərin səbəblərini araşdırmaq, data əsasında həll təklifləri və biznes tələbləri formalaşdırmaq;
Təhlil nəticələrini aydın təqdim etmək və biznes qərarları üçün əsaslandırılmış tövsiyələr hazırlamaqdır.
Bizim üçün uyğun namizəd:
Ali təhsilə;
Minimum bir il iş təcrübəsinə;
İstehlak kreditləri, kredit kartı, satış və ya məhsulların yaradılması sahəsində iş təcrübəsinə;
Yüksək səviyyədə MS Excel biliklərinə;
Hesabatlıq və ya analitika istiqamətlərində iş təcrübəsinə (üstünlükdür);
SQL biliklərinə;
İngilis dili və Rus dili biliklərinə (arzuolunandır);
Məlumatların vizuallaşdırılması üzrə biliklərə (üstünlükdür);
Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
