Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Çinici

Reels maker

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Şirkətimizin marketinq və sosial media fəaliyyətinin inkişaf etdirilməsi məqsədilə komandamıza Reels Maker / Content Creator vəzifəsinə namizəd axtarılır. Vəzifə öhdəlikləri: * Instagram və TikTok üçün kreativ və cəlbedici video kontentlərin hazırlanması; * Smartfonla foto və video çəkilişlərinin həyata keçirilməsi; * Reels, Stories və digər qısa formatlı videoların hazırlanması və montajı; * Yeni və aktual sosial media trendlərinin izlənilməsi və brend konsepsiyasına uyğun tətbiq edilməsi; * Kontent ideyalarının hazırlanması və yeni yaradıcı yanaşmaların təklif edilməsi; * Hazırlanan kontentin sosial media platformalarının xüsusiyyətlərinə uyğunlaşdırılması; * Kontent planına uyğun olaraq verilən tapşırıqların vaxtında icra edilməsi Namizədə dair tələblər: * Smartfonla keyfiyyətli foto və video kontent hazırlamaq üzrə praktiki bacarıq; * Video montaj və mobil/peşəkar edit proqramları ilə işləmək bacarığı; * Kreativ düşüncə və yeni kontent ideyaları irəli sürmək bacarığı; * Geyim və moda sektoruna maraq; * Komanda ilə işləmək və tapşırıqları vaxtında icra etmək bacarığı; * Məsuliyyətli, çevik və yeniliklərə açıq olmaq Üstünlük veriləcək: * Kamera qarşısında rahat və sərbəst çıxış etmək bacarığı; * Geyim və ya retail sektorunda iş təcrübəsi; * Sosial media üçün əvvəlki kontent işlərindən ibarət portfolio; * Instagram və TikTok üçün Reels/short video hazırlanması üzrə təcrübə 📩 Maraqlanan namizədlərdən CV və portfolio-larını cv@cinici.az⁠ elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.