Vakansiya haqqında
Agile komandamıza qoşulmaq üçün təcrübəli və motivasiyalı System Developer axtarırıq. Əgər kampaniya sistemlərinin layihələndirilməsi və dəstəklənməsinə maraqlısınızsa, verilənlər bazası texnologiyaları üzrə bilik və təcrübəyə maliksinizsə, dinamik iş mühitində dəyər yaratmaq istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!
+ ' ' + Ali təhsil.
Güclü alqoritmik düşünmə bacarığı.
SQL üzrə baza bilikləri.
Linux üzrə baza bilikləri (əmrlərlə işləmək).
Analitik və məntiqi düşünmə bacarıqları.
Komanda ilə işləmək bacarığı.
Biznes analitikası sahəsində iş təcrübəsi.
+ ' ' + Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
+ ' ' + Kampaniyaların həyata keçirilməsi zamanı texniki dəstək və analitik yardım göstərmək, kampaniyaların effektivliyini artırmaq və nəticələrini sonadək izləmək üçün kampaniya komandası ilə sıx əməkdaşlıq etmək.
EVAM platformasında kampaniyaları hazırlamaq, aktiv kampaniyaları izləmək və texniki dəstək göstərmək.
Gündəlik işlərdə SQL və Linux biliklərindən istifadə edərək EVAM ssenarilərində istifadə olunması üçün verilənlər bazasından məlumatları əldə etmək.
Bank sistemləri və verilənlər bazaları ilə inteqrasiyanı təmin etmək və onlardan istifadə etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
