Vakansiya haqqında
Mürəkkəb problemləri həll etmək və biznes nəticələrinə təsir edən innovativ həllər hazırlamaq üçün verilənlərdən istifadə etməyə həvəsli Data Scientist axtarırıq.
Bu vəzifədə böyük həcmli və mürəkkəb məlumatları təhlil edərək faydalı nəticələr əldə edəcək, strateji qərarların qəbul edilməsinə töhfə verəcəksiniz.
+ ' ' + Kompüter elmləri, statistika, riyaziyyat və ya əlaqəli sahə üzrə magistr dərəcəsi.
Data Science və ya əlaqəli sahədə ən azı 3 il iş təcrübəsi.
Python, R və ya digər proqramlaşdırma dilləri üzrə güclü biliklər.
Statistika və maşın öyrənməsi (Machine Learning) üzrə dərin anlayış.
Məlumatların təhlili (Data Mining), vizuallaşdırılması (Data Visualization) və nəticələrin aydın şəkildə təqdim edilməsi (Data Storytelling) üzrə təcrübə.
Güclü kommunikasiya və ünsiyyət bacarıqları.
Müstəqil və komanda daxilində işləmək bacarığı.
+ ' ' + Ekosistem səviyyəsində öyrənmə imkanları
Mentorluq və peşəkar inkişaf
Milyonlarla müştəri üçün real təsir yaratmaq
Dəstəkləyici və açıqfikirli mədəniyyət
Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Rəqabətli əməkhaqqı və bonuslar
Yüksək təminatlı sığorta
Visa Premium əməkhaqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət günləri
+ ' ' + Təhlil üçün məlumatların toplanması, təmizlənməsi və hazırlanması.
Məlumatlara statistik və maşın öyrənməsi (Machine Learning) modellərinin hazırlanması və tətbiqi.
Məlumatların təhlil edilərək qanunauyğunluqların və trendlərin müəyyən edilməsi.
Əldə olunan nəticələrin və tövsiyələrin aidiyyəti tərəflərə təqdim edilməsi.
Məlumatlar üzrə digər mütəxəssislərlə əməkdaşlıq edərək məlumat axınlarının (Data Pipelines) və infrastrukturun qurulması və dəstəklənməsi.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
