Vakansiya haqqında
Təsvir
Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
Ödənilən vəsaitlərin yoxlanması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənməsi, nəzarətdə saxlanması və hesabatının aparılması;
Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
Müştərilərin suallarının dinlənilməsi, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönləndirilməsi.
Tələblər
Ali təhsil;
Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
Microsoft Office programları üzrə biliklərə malik olmalı;
İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
