Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Unibank ASC

Nəzarət şöbəsinin aparıcı Operator- Nəzarətçisi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Bankın inzibati və əməliyyat obyektlərində təhlükəsizlik və nəzarətin təmin edilməsi məqsədilə videomüşahidə və digər nəzarət sistemlərini fasiləsiz izləmək; Videomüşahidə kameralarından daxil olan görüntüləri operativ şəkildə monitorinq etmək, şübhəli və ya qeyri-adi halları müəyyənləşdirmək və aidiyyəti şəxslərə məlumat vermək; Bankın filiallarında, baş ofisində və digər obyektlərində baş verən hadisələri operativ müəyyən etmək, hadisə barədə müəyyən edilmiş prosedura uyğun olaraq rəhbərliyi və aidiyyəti struktur bölmələri məlumatlandırmaq; Nəzarət sistemlərində aşkar edilmiş texniki nasazlıqlar barədə aidiyyəti struktur bölmələrə məlumat vermək və nasazlıqların aradan qaldırılmasını izləmək; Nəzarət zamanı müəyyən edilmiş pozuntu, insident və şübhəli hallarla bağlı müvafiq məlumatları qeydiyyata almaq və hesabatların hazırlanmasında iştirak etmək; Hadisə və insidentlərlə bağlı video görüntülərin müəyyən edilmiş qaydada qorunmasını və aidiyyəti şəxslərə təqdim edilməsini təmin etmək; Bank əməkdaşlarının və üçüncü şəxslərin müəyyən edilmiş təhlükəsizlik və giriş-çıxış qaydalarına riayət etməsinə nəzarət etmək; Fövqəladə hallar, təhlükəsizlik insidentləri və digər riskli vəziyyətlər zamanı müəyyən edilmiş prosedurlara uyğun operativ tədbirlər görmək və aidiyyəti şəxsləri məlumatlandırmaq; Növbə ərzində baş vermiş hadisələr, aşkar edilmiş risklər və görülmüş tədbirlər barədə növbəni təhvil alan əməkdaşa ətraflı məlumat vermək və növbə təhvil-təslimini müəyyən edilmiş qaydada həyata keçirmək; Nəzarət sistemlərindən əldə edilən məlumatların məxfiliyini qorumaq və həmin məlumatlardan yalnız xidməti məqsədlər üçün istifadə etmək; Nəzarət şöbəsinin fəaliyyətinə aid digər tapşırıqları müəyyən edilmiş qaydada və vaxtında yerinə yetirmək. Tələblər Müvafiq sahə üzrə orta ixtisas təhsili (ali təhsil arzuolunandır); Təhlükəsizlik, nəzarət, videomüşahidə və ya müvafiq sahələrdə iş təcrübəsi; Videomüşahidə və digər texniki nəzarət sistemləri ilə işləmək bacarığı; Təhlükəsizlik qaydaları və fövqəladə hallarda davranış prosedurları barədə məlumatlı olmaq; Şübhəli və riskli halları operativ müəyyən etmək və düzgün qiymətləndirmək bacarığı; Diqqətli, məsuliyyətli və yüksək müşahidə qabiliyyətinə malik olmaq; Növbəli iş rejimində işləmək imkanı; Komandada işləmək və operativ kommunikasiya bacarığı; MS Office proqramlarından istifadə etmək bacarığı; Xidməti məlumatların məxfiliyinin qorunması prinsiplərinə riayət etmək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.