Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Şirkətin tərəf olduğu məhkəmə qərarlarının, notariat icra qeydlərinin və digər səlahiyyətli orqanların qərarlarının icrasının təmin edilməsi;
İcra qurumları, borclular və iş üzrə digər tərəflərlə effektiv işgüzar münasibətlərin qurulması və proseslərin koordinasiyası;
Borclular tərəfindən ödənişlərin vaxtında və lazımi qaydada həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi;
Müştəri portfeli üzrə məhkəməyə qədərki mərhələdə olan işlər üzrə borcların yığılmasının təmin edilməsi;
İcra mərhələsində olan işlər üzrə məlumat bazasının yaradılması, dəqiq və aktual məlumatlarla mütəmadi yenilənməsi;
İcra portfeli üzrə dövri və tələb olunan hesabatların hazırlanması və təqdim edilməsi;
Şirkətin səlahiyyətli qərarvermə orqanları tərəfindən qəbul edilmiş qərarların icrası ilə bağlı zəruri tədbirlərin görülməsi;
İcra işləri ilə əlaqədar zəruri hallarda ezamiyyətlərdə iştirak edilməsi;
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
Namizədə tələblər
Məhkəmə qərarlarının və digər icra sənədlərinin məcburi icrası sahəsində təcrübə üstünlükdür;
Hüquq sahəsində ali təhsil (bakalavr dərəcəsi);
Hüquq sahəsində 1–2 il iş təcrübəsi;
Microsoft Office
Yaş həddi 27-33
Kişi namizədlərə üstünlük verilir
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
