Vakansiya haqqında
Backend Developer (Junior)
Chingizkhan Technologies komandamıza qoşulacaq məsuliyyətli və inkişaf etməyə həvəsli Backend Developer axtarırıq.
Əgər backend sistemlərinin qurulması, API-lərin hazırlanması və verilənlər bazası ilə işləmək sahəsində praktiki təcrübən varsa və real məhsulların hazırlanmasında iştirak etmək istəyirsənsə, səni komandamızda görmək istərdik.
Vəzifə öhdəlikləri
Backend servis və REST API-lərin hazırlanması və inkişaf etdirilməsi
Verilənlər bazasının layihələndirilməsi və optimallaşdırılması
Yeni funksionallıqların hazırlanması və mövcud sistemlərin təkmilləşdirilməsi
Frontend və üçüncü tərəf servislərlə API inteqrasiyalarının qurulması
Authentication və Authorization sistemlərinin hazırlanması
Kodun təhlükəsiz, oxunaqlı və maintainable şəkildə yazılması
Mövcud problemlərin araşdırılması və həll edilməsi
Git/GitHub ilə komanda daxilində işləmək
Texniki həllərin araşdırılması və uyğun yanaşmaların tətbiq edilməsi
Tələblər
Backend development üzrə praktiki layihə təcrübəsi
Node.js / TypeScript, Python və ya digər backend proqramlaşdırma dillərindən ən azı birində yaxşı səviyyədə bilik
REST API yaratmaq və inteqrasiya etmək üzrə təcrübə
PostgreSQL və SQL ilə işləmə bacarığı
Git və GitHub-dan gündəlik istifadə təcrübəsi
Backend arxitekturasının əsas prinsiplərini başa düşmək
OOP və Clean Code prinsipləri haqqında praktiki anlayış
API təhlükəsizliyi və authentication məntiqini başa düşmək
Texniki problemi müstəqil araşdırıb həll edə bilmək
Komanda daxilində işləmə və texniki məsələləri düzgün kommunikasiya etmək bacarığı
Üstünlük hesab olunur
NestJS / Express.js / FastAPI / Django təcrübəsi
TypeScript üzrə güclü bilik
Docker ilə işləmə təcrübəsi
Redis ilə işləmə təcrübəsi
JWT / OAuth təcrübəsi
AWS və ya digər cloud platformaları üzrə təcrübə
CI/CD haqqında praktiki bilik
Mikroservis arxitekturası üzrə təcrübə
GitHub-da real layihələr və ya portfolio
İş şərtləri
İş formatı: Tam iş günü
İş yeri: Sumqayıt
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək haqqı: Təcrübə və texniki bacarıqlara əsasən müəyyən ediləcək.
Biz nə təklif edirik?
Yeni və sürətlə inkişaf edən komandada işləmək
Real məhsulların hazırlanmasında birbaşa iştirak
Texniki qərarlarda iştirak etmək imkanı
Yeni texnologiyalarla işləmək və peşəkar inkişaf
Kiçik komandada yüksək məsuliyyət və ownership
Gördüyün işin məhsula birbaşa təsirini görmək
QEYD: Üstünlük İT sahəsində təhsil almışlara və Sumqayıt şəhərində yaşayanlara veriləcək.
Müraciət
CV-ni “Backend Developer” başlığı ilə aşağıdakı email ünvanına göndərə bilərsən:
akbarov.chingizkhan@gmail.com
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
