Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ATB Bank

Korporativ Bankçılıq Departamenti/Kreditlərin təşkili və strateji idarə olunması şöbəsinin Mütəxəssisi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Kredit qərarlarının bankın kredit siyasətinə və risklərin idarə edilməsi çərçivəsinə uyğunluğunu təmin etmək üçün Müştəri Menecerləri, Kredit Riskinin Anderraytinqi və Risklərin İdarəedilməsi komandaları ilə əməkdaşlıq etmək; Müştərilərin gələcək maliyyə performansını və borc tutumunu proqnozlaşdırmaq üçün nağd pul axını (cash flow) modellərini və DCF qiymətləndirmələrini hazırlamaq; Müştərilərin kredit qabiliyyətini, maliyyə hesabatlarını (Balans, M&Z, Nağd pul axını), kredit tarixçələrini və sənaye trendlərini təhlil etmək, daxili risk reytinqlərini (grading) təyin etmək; Təyin olunmuş müştəri portfelinin maliyyə vəziyyətini, likvidlik göstəricilərini və kovenantlara əməl olunmasını davamlı izləmək; Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və müstəqil olaraq kredit strukturu və müştəriyə uyğun optimal məhsul qarışığına qərar verilməsinə dəstək olmaq; Bazar trendlərini, iqtisadi mühit dəyişikliklərini və qanunvericilik tələblərini izləyərək erkən xəbərdarlıq (early-warning) siqnallarını müəyyən etmək; Agile yanaşma ilə çalışan sənaye qruplarında (squad) aktiv iştirak etmək və müəyyən edilmiş hədəflərə birgə nail olmaq; Kredit risk anderraytinqi və sonrakı mərhələlərdə müvafiq komitələrdə təsdiqini tapmaq üçün limitlər və kredit təkliflərini hazırlayıb Kredit Komitəsinə təqdim etmək; Şöbədaxili proseslərin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması üçün SQL, Power BI və AI/LLM əsaslı layihələrin hazırlanmasında və tətbiqində proaktiv iştirak etmək; Baş Kredit Analitikinə analitik dəstək göstərmək, məlumatların toplanmasında və ilkin hesabatların hazırlanmasında iştirak etmək; Kredit və limitlərin öncədən təyin edilmiş limitlər və məqsədlər çərçivəsində istifadəsinə nəzarət etmək və müştərilərə verilən limitlərin vaxtında yenilənməsini təmin etmək; Kredit müqavilələri və digər bank məhsulları üzrə hüquqi sənədləşməni nəzərdən keçirmək, bütün fəaliyyətin KYC və Komplayns qaydalarına uyğunluğunu təmin etmək; Bankın maraqlarını üstün tutmaq, komplayns siyasəti və etik davranış qaydalarına riayət etmək; Bankın Təşkilati Risklərin İdarəedilməsi siyasətinə əməl etmək, iş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib lazımi addımları atmaq. Tələblər Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə bakalavr və ya magistr təhsili; Bank, kredit təhlili və ya maliyyə sahəsində 2+ il iş təcrübəsi; IFRS, xüsusilə IFRS 9, maliyyə hesabatlarının təhlili və maliyyə modelləşdirilməsi (Cash Flow, DCF) üzrə biliklər; CFA sertifikatı və ya CFA proqramında iştirak üstünlükdür; Azərbaycan, ingilis dillərində yaxşı səviyyədə ünsiyyət bacarığı; rus dili arzuolunandır; MS Excel üzrə yüksək səviyyədə bilik; SQL və Power BI üstünlükdür; Bank məhsulları, Azərbaycan bank sektoru və CBAR tələbləri üzrə məlumatlılıq; Güclü analitik düşüncə, detallara diqqət, komanda ilə işləmək və yüksək məsuliyyət hissi.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.