Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PASHA Bank

Monitorinq , analitika və optimallaşdırma üzrə Kiçik Mütəxəssis

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Layihələrin başlanmasından tamamlanmasına qədər bütün layihə fəaliyyətlərinin hərtərəfli planlanması, təşkili və monitorinqi üzrə işlərin aparılmasına dəstək; Resursları səmərəli şəkildə bölüşdürərək, layihənin əhatə dairəsinə, büdcəsinə və son tarixlərinə riayət olunmasına dəstək; Layihələrin təhlili üzrə analitik məlumatların toplanması, analiz edilməsi və rəy bildirilməsi üçün məlumatlar hazırlamaq; Maraqlı tərəflərin, o cümlədən müştərilər və daxili şöbələrin tələblərini başa düşmək, narahatlıqları həll etmək və layihənin məqsədlərinə uyğunluğu təmin etmək; Maraqlı tərəfləri məlumatlandırmaq, hər hansı problem və ya narahatlığı vaxtında və şəffaf şəkildə həll etmək üçün müntəzəm status hesabatların təqdim etmək; Təkmilləşdirmə imkanlarını müəyyən etmək üçün layihə performansını (Project Performance) və öyrənilən dərsləri (Lessons Learned) mütəmadi olaraq qiymətləndirmək; Layihə idarəedilməsi və monitorinqi ilə bağlı təlimatları hazırlamaq və dəyişdirmək ; Proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin həyata keçirilməsinə dəstək; Proseslərdə inkişaf imkanlarını müəyyən etmək məqsədilə bençmarkları müəyyən etmək ; Keçirilən layihələrin monitorinq planına əsasən yoxlamalarını aparmaq; Dəyişikliklər barədə qərarın verilməsi üçün tələb olunan məlumatı toplamaq; Prosesin icrasının təhlili, problemin kökünün müəyyənləşdirilməsi və prosesin optimallaşdırılması üçün zəruri hesabatların tələb olunması; Görülən işlərin qeydiyyatını aparmaq və təqdimatları hazırlamaq. Tələblər Təhsil səviyyəsi və istiqaməti: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili; İş təcrübəsi (il və/və ya sahə olaraq) : Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi; Texniki səriştələr: PMP, Six Sigma Green Belt üzrə sertifikata üstünlük verilir; Yumşaq səriştələr: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, işgüzar danışıqlar aparmaq, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.; Dil bilikləri: İngilis dili (səlis), Rus (səlis); Kompüter bilikləri: Microsoft Office (Excel) MS Visio, Fox – manager, Minitab.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.