Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PEAKPİN MMC

Korporativ müştərilərə xidmət üzrə mütəxəssis

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Şirkət haqqında: PEAKPİN MMC — PeakPin mobil tətbiqinin sahibidir. PeakPin yaxınlıqdakı insanları, məkanları, kampaniyaları və tədbirləri xəritədə göstərən geolokasiya platformasıdır. Restoran, kafe, gözəllik salonu, klinika, otel və digər bizneslər PeakPin-də öz profilini yaradır və yaxınlıqdakı müştərilərə kampaniya və tədbirlərini göstərir. Yeni yaradılan Korporativ müştərilərə xidmət şöbəmizə Bakıda və bölgələrdə tərəfdaş məkanlarımızla işləyəcək mütəxəssislər axtarırıq. (BAKI ŞƏHƏRİ ÜZRƏ YALNIZ XANIM NAMİZƏDLƏRİN CV-LƏRİNƏ BAXILIR) Vəzifə öhdəlikləri: - Təhkim olunduğunuz zonada yeni qoşulan məkanlarla 24 saat ərzində əlaqə saxlamaq; - Məkan profilinin (foto, iş saatları, xəritədə yer, kateqoriya) düzgün tamamlanmasına kömək etmək; - Məkan sahiblərinə tətbiqin imkanlarını (kampaniyalar, tədbirlər, PinBox, növbə, statistika) izah etmək və ilk kampaniyanı birlikdə qurmaq; - Başlanğıc pulsuz dövr bitməzdən əvvəl məkan sahibi ilə nəticələri müzakirə etmək və abunəyə keçidə dəstək olmaq; - Tərəfdaşlarla müntəzəm əlaqə saxlamaq, onların məmnuniyyətini və abunənin yenilənməsini izləmək; - Lazım olduqda məkanlara səfər etmək (təqdimat, quraşdırmaya kömək); - Bütün əlaqə və görüşləri daxili portalda qeyd etmək. Tələblər: - Azərbaycan dilində səlis və inandırıcı nitq, rus dili üstünlükdür; - Biznes sahibləri ilə peşəkar və hörmətli ünsiyyət qura bilmək; - Müştəri xidmətləri, korporativ müştərilərlə iş və ya hesab idarəçiliyi sahəsində təcrübə üstünlükdür; - Mobil tətbiqlərdən və sosial şəbəkələrdən sərbəst istifadə, kompüter bilikləri; - Nəticəyə yönəlik, məsuliyyətli və nizam-intizamlı olmaq; - Bölgə vakansiyaları üçün: həmin bölgədə yaşamaq və bölgəni yaxşı tanımaq; sürücülük vəsiqəsi üstünlükdür. Təminatlar və iş şəraiti: - Rəsmi əmək müqaviləsi və sosial sığorta; - Əməkhaqqı: 700 AZN (başlanğıc) + abunəyə keçən və qalan hər tərəfdaş məkana görə aylıq bonus; - Yeni şöbədə ilk komanda olmaq — rəhbər vəzifələrə yüksəlmək üçün real imkan; - İş qrafiki: həftədə 40 saat — bazar ertəsi–cümə 09:00–17:00 (nahar 13:00–14:00), şənbə 10:00–15:00, bazar günü istirahət. İş yeri: - Bakı (10 vakansiya): Bakı ş., Ofis , hər əməkdaşa bir zona; - Bölgələr (15 vakansiya): Sumqayıt, Şamaxı, Qəbələ, İsmayıllı, Quba, Qusar, Xaçmaz, Şəki, Qax, Zaqatala, Gəncə–Göygöl, Masallı, Lənkəran, Astara, Lerik — əməkdaş öz bölgəsində işləyir, ofisə gəlmək tələb olunmur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.