Vakansiya haqqında
Təsvir
FATCA və CRS istiqamətində özünü inkişaf etdirmək, bank sektorunda beynəlxalq vergi uyğunluğu prosesləri ilə tanış olmaq istəyən, FATCA, CRS, bankçılıq, maliyyə və vergi uyğunluğu sahələrinə marağı olan, bu istiqamətdə ilk peşəkar addımlarını atmaq və öyrənərək inkişaf etmək istəyən namizədləri komandamıza dəvət edirik.
FATCA və CRS qaydalarının əsas prinsiplərini və tətbiq mexanizmlərini öyrənmək
Hesabatlı hesabların müəyyən edilməsi və yoxlanılması prosesində komandaya dəstək olmaq
Yeni açılan fiziki və hüquqi şəxslərin hesabları üzrə özünüqiymətləndirmə sənədlərinin və W formalarının mövcudluğunu və düzgünlüyünü yoxlamaq
Bank sistemində müştəri məlumatlarının mütəmadi monitorinqində iştirak etmək
Çatışmayan, natamam və ya yenilənməsi tələb olunan məlumatların müəyyən edilməsinə və yenilənməsi prosesinə dəstək olmaq
FATCA və CRS üzrə hesabatların hazırlanması üçün bankın filial və struktur bölmələrindən müvafiq məlumatların toplanmasına dəstək göstərmək
Hesabatların hazırlanması və təqdim edilməsi prosesini praktiki olaraq öyrənmək
Müvafiq sənədlərin və məlumatların düzgünlüyünün yoxlanılmasında komandaya dəstək olmaq
Bu təcrübə proqramında nə öyrənəcəksən?
FATCA və CRS standartlarının praktiki tətbiqini
Beynəlxalq vergi uyğunluğu və hesabatlılıq proseslərini
Bank müştərilərinin məlumatlarının yoxlanılması və monitorinqi proseslərini
Hesabatların hazırlanması və məlumatların düzgün strukturlaşdırılmasını
Bank əməliyyatları və uyğunluq prosesləri haqqında praktiki bilikləri
Real iş mühitində analitik və peşəkar bacarıqlarını inkişaf etdirməyi
Tələblər
Ali təhsil — iqtisadiyyat, maliyyə, mühasibat uçotu,və ya əlaqəli ixtisaslar üzrə
FATCA və CRS haqqında ilkin məlumatın olması üstünlükdür
Öyrənməyə və yeni biliklər əldə etməyə həvəs
Analitik düşüncə və detallara diqqət
MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı
Məsuliyyətlilik və komandada işləmək bacarığı
Azərbaycan dilində yaxşı, ingilis dilində isə ən azı orta səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
