Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

HR Port

Xaricdə təhsil üzrə mütəxəssis

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

İş barədə məlumat: Xaricdə təhsil almaq istəyən tələbələrə və valideynlərə ölkələr, universitetlər, proqramlar və təqaüd imkanları barədə ətraflı məsləhət (konsultasiya) vermək; Tələbələrin akademik göstəricilərinə və büdcələrinə uyğun olaraq düzgün universitet və ixtisas seçiminə köməklik göstərmək; Universitetlərə qəbul (Application) prosesini idarə etmək, lazımi sənədlərin (CV, motivasiya məktubu, tövsiyə məktubu və s.) hazırlanmasına dəstək olmaq; Viza müraciəti prosesində tələbələrə bələdçilik etmək və sənədlərin toplanmasına nəzarət etmək; Şirkətin tərəfdaş xarici universitetləri ilə rəsmi yazışmaları və kommunikasiyanı həyata keçirmək; Potensial müştərilərin məlumat bazasını saxlamaq və mütəmadi olaraq izləmək (Follow-up). Namizədə dair tələblər: Təhsil: Ali təhsil (Xaricdə təhsil almış namizədlərə üstünlük verilir); Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilmək, İngilis dili (ən azı B2 səviyyəsində); Çin və ya Ərəb dili bilikləri olan namizədlərə xüsusi üstünlük veriləcəkdir; Təcrübə: Xaricdə təhsil sahəsində minimum 3 il iş təcrübəsi; Avropa, Amerika, Böyük Britaniya,Çin və Türkiyə təhsil sistemləri və viza prosedurları barədə məlumatlı olmaq; Ünsiyyətcil, punktual, müştəriyönümlü və yüksək təqdimat bacarıqlarına malik olmaq; Stressə davamlılıq və komandada işləmək bacarığı. Biz nə təklif edirik? Rəsmi əmək müqaviləsi (AR Əmək Məcəlləsinə uyğun olaraq); Performansa bağlı olaraq artan cəlbedici bonus sistemi; Peşəkar və mehriban kollektivdə karyera yüksəlişi imkanı; Xarici universitetlərin təşkil etdiyi treninqlərdə və info-turlarda iştirak şansı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.