Vakansiya haqqında
Görəcəyiniz işlər:
Problemli kreditlərlə bağlı ilkin sənədləşmənin təşkilini və bildirişlərin hazırlanaraq göndərilməsini təmin etmək;
İddia ərizələrinin və icra qeydlərinin aparılmasına dair sənədlərin hazırlanmasını təmin etmək;
Daxil olan məhkəmə qərarları ilə tanış olmaq, digər struktura ötürülməsini təmin etmək;
Bankın maraqlarına uyğun olmayan məhkəmə və icra şöbələrinin qərarlarından şikayətlərin hazırlanmasını təmin etmək;
Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanı və sənəd dövriyyəsini aparmaq;
Strukturun fəaliyyətinin effektivliyinin artırılması məqsədilə Problemli kreditlərlə iş praktikası və metodologiyası sahəsində araşdırmalar aparmaq.
Bizim üçün uyğun namizəd:
Ali hüquqi təhsilə;
Bank sektorunda 3 illik iş təcrübəsinə;
Hüquqi şəxslərlə iş təcrübəsinə;
Azərbaycan dilində yüksək, rus dilində orta səviyyədə biliklərə;
MS Office yüksək səviyyədə iş bacarığına sahib olan şəxsdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
