Vakansiya haqqında
Vəzifə: Əməliyyatçı-Operator
İş barədə məlumat:
Gündəlik alış, satış, qaytarma və yerdəyişmə əməliyyatlarının Logix proqramına vaxtında və dəqiq işlənməsi;
Anbar qalıqlarına nəzarət edilməsi, mal giriş-çıxış sənədlərinin sistemə daxil edilməsi;
Yeni məhsul kartlarının (stok kodlarının) və qiymətlərin bazaya əlavə edilməsi;
Debitor və kreditor borclar üzrə ilkin üzləşmələrin aparılması;
Rəhbərliyə gündəlik və aylıq əməliyyat hesabatlarının təqdim edilməsi.
Namizədə tələblər:
Qeyd: Logix proqramını bilmək mütləq deyil — proqramda işləmək şirkət tərəfindən tam öyrədilir.
MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
Rəqəmlərlə işləmək bacarığı, sürətli öyrənmə qabiliyyəti;
Yüksək diqqətlilik, dəqiqlik və məsuliyyətlilik;
Komandada işləmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
