Vakansiya haqqında
İş şəraiti:
• İş günləri: I-V günlər (Həftə içi)
• İş saatı: 09:00-18:00.
• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.
• Əmək haqqı namizədin bilik və bacarığına uyğun təyin ediləcək.
• Ünvan:Çinar Park Biznes mərkəzi.
İşin Təsviri:
• Memarlıq üzrə dizayn mərhələlərinə (konsept, eskiz/sxematik, detallı dizayn və tikinti sənədləri) rəhbərlik və idarəetməni həyata keçirmək;
• Dizayn və tikinti mərhələləri boyunca məsləhətçilər, podratçılar, təchizatçılar və icarədarlarla sıx koordinasiyanın təmin edilməsi;
• Material seçimi proseslərinə dəstək göstərilməsi, o cümlədən mock-up baxışları və texniki təsdiqlər;
• MEP və shop drawing-lərin nəzərdən keçirilməsi, koordinasiyası və təsdiqlənməsi;
• Görülmüş işlər barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
• Müştərilərlə əməkdaşlıq edərək layihələr üzrə tələblərin müəyyən edilməsi.
Tələblər:
• Ali təhsil (müvafiq sahədə);
• İnteryer & Eksteryer & Landşaft dizayn sahəsində azı 3 il iş təcrübəsi;
• Kompüter bilikləri - AutoCAD, ArchiCAD, 3Dsmax və s.;
• Tikinti norma və qaydaları (SNiP/SP, Azərbaycan tikinti normaları) üzrə biliklər;
• Yüksək keyfiyyətli 3D modelləşdirmə və fotorealistik vizuallaşdırmaların hazırlanması;
• Layihələndirmə prosesində müxtəlif sahə mühəndisləri ilə birgə işləmə bacarığı;
• Məsuliyyətli, dəqiq və işi vaxtında təhvil vermək bacarığı;
• Detallara diqqət və eyni zamanda bir neçə layihəni paralel idarə etmə bacarığı;
• Portfolionun olması mütləqdir (İşçilik layihəsi + interyer və eksteryerin 3D görüntüləri daxil olmaqla).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV və Portfoliolarını Subject/Mövzu hissədə “Memar-dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
QEYD! ; Portfolio təqdim etməyən namizədlərin müraciətləri nəzərdən keçirilməyəcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
