Vakansiya haqqında
Namizədə dair tələblər:
Dil bilikləri: Azərbaycan dilində yüksək yazılı ifadə qabiliyyəti (ingilis və rus dilində basic səviyyə arzuolunandır)
Ali təhsil;
Tenderlər üzrə minimum 1 il iş təcrübəsi;
Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" Qanunu və satınalma
prosedurları üzrə biliklər;
Müqavilə hüququ və satınalma sənədlərinin hazırlanması sahəsində biliklər;
Tender sənədlərinin hazırlanması və rəsmi yazışmaların aparılması bacarığı;
etender.gov.az portalından sərbəst istifadə bacarığı;
MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yüksək səviyyədə bilmək;
Maya dəyərinin hesablanması, qiymət təkliflərinin hazırlanması və bazar təhlili bacarığı;
Bank qarantiyaları və tender təminatları ilə işləmək təcrübəsi;
Analitik düşüncə, məsuliyyətlilik və işdə dəqiqlik, ünsiyyətcillik
Vəzifə öhdəlikləri:
Tenderlərin monitorinqi və təhlili:
Dövlət və özəl satınalma platformalarında (o cümlədən etender.gov.az) şirkətin fəaliyyət sahəsinə uyğun tender elanlarını gündəlik izləmək;
Tender şərtlərini təhlil edərək şirkətin iştirak imkanlarını qiymətləndirmək;
Tender sənədlərində texniki, maliyyə və hüquqi tələbləri araşdırmaq.
Tender sənədlərinin hazırlanması:
Tenderin Əsas Şərtlər Toplusunu (Şərtnaməni) ətraflı öyrənmək;
İştirak üçün tələb olunan bütün sənədləri toplamaq və hazırlamaq;
Sənədləri müvafiq platformalara vaxtında təqdim etmək.
Müqavilələrin idarə olunması və hesabatlılıq:
Tender nəticələrini izləmək və təhlil etmək;
Qazanılmış tenderlər üzrə müqavilələrin hazırlanması və imzalanması prosesində iştirak etmək;
Tender sənədləri üzrə aylıq hesabatlar hazırlamaq.
İş şəraiti
Əmək haqqı:
Əmək məcəlləsinə uyğun sənədləşmə
İş qrafiki: 5 günlük iş həftəsi (10:00 – 18:00)
Müraciət qaydası: Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “TENDER ÜZRƏ MÜTƏXƏSSİS" adını qeyd edərək office@aztech.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir. Yalnız iş təcrübəsi olan və tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
