Vakansiya haqqında
Müəssisə haqqında
Müəssisə beton bordür, tamet və digər beton əsaslı tikinti məhsullarının istehsalı ilə məşğul olan istehsalat müəssisəsidir. Şirkət məhsulların keyfiyyətli və vaxtında hazırlanmasını, istehsal prosesinin səmərəli təşkilini və müştərilərin tələblərinə uyğun məhsulların təqdim edilməsini təmin edir.
Vəzifə öhdəlikləri:
Anbara daxil olan məhsulların qəbulunu və sənədlər üzrə yoxlanılmasını həyata keçirmək;
Məhsulların sayını, çeşidini və fiziki vəziyyətini yoxlamaq;
Məhsulların anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təmin etmək;
Anbar üzrə giriş-çıxış əməliyyatlarını vaxtında və düzgün qeydiyyata almaq;
Məhsulların sifarişlərə uyğun şəkildə hazırlanmasını və təhvil verilməsini təmin etmək;
Anbardan çıxarılan məhsulların müvafiq sənədlər əsasında təhvil verilməsini həyata keçirmək;
Anbar qalığına nəzarət etmək və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək;
Dövri inventarizasiyalarda iştirak etmək və faktiki qalıqları uçot məlumatları ilə üzləşdirmək;
Məhsulların zədələnməsi, itməsi və ya uyğunsuzluğu aşkar edildikdə rəhbərliyə məlumat vermək;
Anbarın səliqəli, təhlükəsiz və iş üçün yararlı vəziyyətdə saxlanılmasını təmin etmək.
Namizədə tələblər:
Anbardar vəzifəsində 2il iş təcrübəsi;
Məhsulların qəbulu, yerləşdirilməsi və təhvil verilməsi prosesləri üzrə anlayış;
Məsuliyyətli və diqqətli olmaq;
Fiziki işə uyğunluq;
Komanda ilə işləmək bacarığı;
Kompüyuter bilikləri .
İş şərtləri:
İş qrafiki: 5 günlük
İş saatları: 09:00-18:00
Əmək haqqı: 800- 1000 azn
İş yeri: Müşviq qəsəbəsi
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
