Vakansiya haqqında
SAT Math müəllimi
Vəzifələr:
SAT Math bölməsinin sistemli və effektiv şəkildə tədrisi
Tələbələrə SAT Math üzrə test strategiyalarının və time management bacarıqlarının öyrədilməsi
Tələbələrin nəticələrinin mütəmadi izlənməsi və fərdi inkişaf planlarının hazırlanması
Mock examların keçirilməsi və nəticələrin ətraflı analiz edilməsi
Dərslərin praktik, interaktiv və tələbə mərkəzli formada keçirilməsi
Dərs planlarının hazırlanması və tətbiqi
Tələbələrin zəif və güclü tərəflərinin müəyyənləşdirilməsi və uyğun tədris strategiyasının qurulması
Dərs jurnallarının aparılması
Tələblər:
Ali təhsil (riyaziyyat, pedaqoji və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür)
SAT Math üzrə yüksək şəxsi nəticənin olması
SAT Math hazırlığı üzrə real tədris təcrübəsi
Tələbələrinin əldə etdiyi yüksək SAT nəticələrini və konkret score artımlarını təqdim edə bilməsi
Tələbə nəticələrinin (SAT score-ları, artım göstəriciləri və s.) gələcəkdə Academor-un sosial media postlarında müəllimin təqdimatı və nəticələrin nümayişi üçün istifadə oluna bilməsi
Minimum 2 il müəllimlik və ya SAT hazırlığı təcrübəsi
Müxtəlif yaş və səviyyələrdə tələbələrlə işləmək bacarığı
Beynəlxalq sertifikatlar və müvafiq təlimlər üstünlükdür
Fərdi notebook-un olması arzuolunandır
Rus dili biliyi üstünlükdür
Karyera imkanları və təminatlar:
Artan əmək haqqı
Peşəkar inkişaf imkanları
Uzunmüddətli əməkdaşlıq imkanı
Müəllimin şəxsi professional profilinin formalaşdırılmasına və inkişafına Academor tərəfindən dəstək
Müəllimin ekspert kimi tanıdılması məqsədilə sosial media postlarının hazırlanması və yayımlanması
Müəllimin professional fəaliyyətinin tanıdılması üçün reklam və marketinq dəstəyinin göstərilməsi
Müəllimin əldə etdiyi nəticələrin və tələbə uğurlarının Academor-un sosial media platformalarında təqdim olunması
Müvafiq reklam və kontent xərclərinin Academor tərəfindən qarşılanması
İş şəraiti:
Ünvan: Bakı şəhəri, Caspian Plaza
İş qrafiki: Full-time və ya flexible
Səhər və axşam saatlarında dərs keçə bilmək
Qrafikə uyğun olaraq remote işləmək imkanı
ARƏM-ə uyğun sənədləşmə
Gizlilik təmin olunur
Müraciət:
Tələblərə uyğun namizədlər CV-lərini hr@academor.az ünvanına göndərə bilərlər.
CV ilə birlikdə namizədlərdən aşağıdakı məlumatları da təqdim etmələri xahiş olunur:
Şəxsi SAT Math nəticəsi
SAT Math üzrə tədris təcrübəsi
Hazırladığı tələbələrin SAT nəticələri və score artımları
Mövcud olduğu halda tələbə nəticələrini təsdiqləyən materiallar
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
