Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Global Olympiyad Center

Sosial Media müştəri və video kontent mütəxəssisi

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Komandamıza sosial medianı sevən, yaradıcı ideyaları ilə fərq yaradan və dinamik iş mühitinə uyğunlaşan eyni zamanda tədbirlərimiz üçün Reels və qısa videolar hazırlayacaq əməkdaş axtarırıq. Vəzifə öhdəlikləri: Instagram, Facebook, Tiktok və digər sosial media vasitələri üzərindən gələn mesaj və rəyləri operativ, dəqiq və nəzakətli şəkildə cavablandırmaq; Valideyn və şagirdlərə olimpiadalar, qeydiyyat və tədbirlər barədə təsdiqlənmiş məlumatları təqdim etmək; Əlavə araşdırma tələb edən müraciətləri aidiyyəti əməkdaşa yönləndirmək və cavabsız qalmamasını izləmək; Olimpiada və tədbirlərdə Reels, Stories və digər qısa videolar çəkmək; Çəkilən videoları mobil tətbiqlərdə montaj edib yayıma hazırlamaq; Sosial media üçün video ideyaları və qısa mətnlər təklif etmək; Kontent planının icrasında komanda ilə əməkdaşlıq etmək. Namizədə tələblər: Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; Valideyn və şagirdlərlə səbirli, aydın və məsuliyyətli ünsiyyət qurmaq bacarığı; Telefonla keyfiyyətli video çəkmək və Reels montaj etmək bacarığı; Instagram, Facebook və digər sosial media ilə gündəlik iş təcrübəsi; Mesajları vaxtında izləmək və məlumatları səhvsiz ötürmək bacarığı; CapCut və ya oxşar montaj tətbiqlərində işləmək bacarığı; Tədbirlər zamanı çəkiliş aparmağa və komanda ilə işləməyə hazır olmaq. Kamera qarşısında sərbəst olmaq və TikTok üçün kontent hazırlamaq bacarığı üstünlükdür. İş saatı: I-V günlər 10:00-18:00 VI gün: 10:00-17:00

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.