Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Saat Store

Baş mühasib

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Şirkətin mühasibat uçotunun qanunvericiliyə uyğun şəkildə təşkil və idarə edilməsi; İlkin mühasibat sənədlərinin düzgünlüyünə və uçota alınmasına nəzarət; Vergi, DSMF və digər məcburi ödənişlərin hesablanması və vaxtında ödənilməsinin təmin edilməsi; Vergi, statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanması və təqdim edilməsi; ƏDV, mənfəət vergisi, gəlir vergisi, sadələşdirilmiş vergi və digər vergi öhdəliklərinin hesablanması; Əməkhaqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin hesablanmasına nəzarət; Bank əməliyyatlarının, kassa və hesablaşmaların uçotunun aparılması; Debitor və kreditor borclarına nəzarət; Aylıq və illik maliyyə hesabatlarının hazırlanması; Rəhbərliyə maliyyə və mühasibatlıq üzrə zəruri məlumatların təqdim edilməsi; E-qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sənədlərlə iş; Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsinin təmin edilməsi; Mühasibat uçotu üzrə audit və yoxlamalar zamanı tələb olunan sənədlərin hazırlanması; Mühasibatlıq proseslərinin təkmilləşdirilməsi və daxili nəzarətin həyata keçirilməsi. Namizədə tələblər Mühasibatlıq və ya maliyyə sahəsində ali və ya müvafiq ixtisas təhsili; Baş mühasib vəzifəsində minimum 1-3 il iş təcrübəsi; Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək; PMS sertifikatı 1C proqramı ilə işləmək bacarığı; Microsoft Excel proqramında yaxşı səviyyədə işləmək; Vergi və digər elektron dövlət sistemlərindən istifadə bacarığı; Analitik düşüncə və yüksək məsuliyyətlilik; Sənədlərlə dəqiq və sistemli işləmək bacarığı; Komandada işləmək və rəhbərliklə effektiv ünsiyyət qurmaq bacarığı. 5 günlük iş həftəsi; 09:00–18:00 iş saatları;

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.