Vakansiya haqqında
UI/UX Designer junior, strong junior
Şirkət: Chingizkhan Technologies
İş yeri: Sumqayıt şəhəri, Bulvar ərazisi, Bulvar Plaza
İş rejimi: Full-time, ofisdən, 5 gün
Maaş: 400–800 AZN — razılaşmağa əsasən
Biz kimik və kim axtarırıq?
Chingizkhan Technologies müxtəlif rəqəmsal məhsullar, veb platformalar və texnologiya layihələri üzərində çalışan yeni nəsil texnologiya şirkətidir. Hazırda komandamıza UI/UX Designer axtarırıq.
Bizim üçün illərin təcrübəsindən və diplomdan daha vacib olan UI/UX sahəsinə real marağın, öyrənmək istəyin və inkişaf potensialındır.
Kurs keçmisənsə, öz üzərində işləyirsənsə, şəxsi layihələr hazırlamısansa və bu sahədə peşəkarlaşmaq istəyirsənsə, müraciət edə bilərsən.
Şirkət haqqında
Şirkətimizi və komandamızı hazırda sıfırdan formalaşdırırıq. Buna görə potensialı olan, öyrənməyə açıq və bizimlə birlikdə inkişaf etmək istəyən namizədlərə üstünlük veririk. Təcrübəli namizədlər də nəzərdən keçiriləcək. Lazım olduqda komandanın inkişafı üçün mentor və peşəkar dəstək də cəlb edəcəyik.
Qeyd: Heçbir sosial şəbəkədə aktiv olaraq fəaliyyətimiz yoxdur.
Kimə üstünlük veriləcək?
İş yerimiz Sumqayıtda olduğu üçün ilk növbədə Sumqayıtda və yaxın ərazidə yaşayanlara üstünlük veririk yol probleminə görə. Digər şəhər və rayonlardan müraciətlər də nəzərdən keçiriləcək.
Təcrübə və təhsil
Təcrübə: Mütləq deyil. Kurslar, şəxsi layihələr, portfolio və öz üzərində işləməyin bizim üçün önəmlidir.
Təhsil: Universitet diplomu məcburi deyil. Dizayn, UI/UX, qrafik dizayn və ya IT sahəsində təhsil üstünlükdür.
Xarici dil: Məcburi deyil.
Texniki bacarıqlar
Əsas tələblər:
Figma
Balsamiq
Maze
Auto Layout
Components & Variants
Interactive Prototyping
Responsive Design
User Flow və Wireframing
UI əsasları: Typography, Color, Spacing, Grid
Mobile və Web UI Design
Əlavə üstünlükdür:
Design System
UX Research və Usability Testing
HTML/CSS üzrə əsas bilik
Graphic Design
Photoshop / Illustrator
Miro / FigJam
Developer handoff
Bacarıq səviyyən və portfolio işlərin başlanğıc maaşının müəyyən edilməsində nəzərə alınacaq.
Bizim üçün ən vacib məsələ — yanaşmandır.
Yəni tapşırıq qarşısında “bilmirəm”, “mənim sahəm deyil”, “etməmişəm” deyib geri çəkilməyini istəmirik.
“Bilmirəm, amma öyrənəcəyəm” yanaşmasını gözləyirik.
Hər şeyi bilməyin vacib deyil. Əsas olan araşdırmaq, sual vermək, öyrənmək və problemi həll etməyə çalışmaqdır.
Sənə nə təklif edirik?
Stabil və uzunmüddətli iş
Real layihələrdə praktiki təcrübə
Portfolio və peşəkar inkişaf
Məsuliyyət və karyera artımı
Bacarıq və nəticələr artdıqca maaşın yenidən qiymətləndirilməsi
Gələcəkdə bonus və əlavə motivasiya sistemləri
Daha böyük və beynəlxalq layihələrdə iştirak imkanları
Məqsədimiz sadəcə işçi tapmaq deyil, uzunmüddətli peşəkar komanda qurmaqdır.
Müraciət
Əgər UI/UX sahəsində özünü görürsənsə və bizimlə birlikdə inkişaf etmək istəyirsənsə, CV + Portfolio/Figma/Behance linkini göndər.
Ünvan: Sumqayıt şəhəri, Bulvar ərazisi, Bulvar Plaza
İş rejimi: Full-time, ofisdən, 5 gün
Əlaqə: 055 - 963 22 77 (Yalnız WhatsApp vasitəsilə mesaj göndərin)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
