Vakansiya haqqında
Azərbaycanın innovativ elanlar şəbəkəsi olaraq sosial media komandamızı genişləndiririk. Azərbaycan dilini yazılı və şifahi şəkildə yüksək səviyyədə bilən, leksik və qrammatik normalara riayət etməyi bilən Müştəri Xidmətləri Təmsilçisi axtarılır.
İşin təsviri və şəraiti:
İş prosesi tamamilə onlayn şəkildə aparılır və çox sadədir. İş müştərilərdən gələn elanları bizim whatsapp hesabmızda yoxlamaq və təsdiq etmək, müştərilərin suallarına cavab vermək və əlaqə qurmaqdır.
İş qrafiki sərbəstdir, ancaq müəyyən saat çərçivəsindədir. Namizədlər 00:00 - 06:00 bu saatlar aralığında Whatsappda müştərilərdən gələn mesajlara cavab verməlidirlər.
Qazanc sistemi faizlərə əsaslanan sistemdir. (Yüksək faizlər) Bir elan üçün faizlər təyin olunub. Faizlər müsahibə zamanı namizədlərə bildirirlir. (Elanlar smartfon, avtomobil, motosiklet və daşınmaz əmlak elanları olur)
Müraciət qaydası:
Vakansiya ilə maraqlanan namizədlərdən contact.ralliaz@gmail.com elektron poçt ünvanına CV göndərmələri xahiş olunur. Uyğun namizədlər ilə ən qısa zamanda əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
