Vakansiya haqqında
Təsvir
Müştərilər tərəfindən təqdim olunan kredit sənədlərinin qəbul edilməsi və ilkin yoxlanılması;
RM-lərlə (Relationship Manager) birlikdə müştəri vizitlərində iştirak edilməsi;
Kredit təhlili üçün zəruri olan bütün sənədlərin müştəridən və ya aidiyyəti struktur bölmələrdən tələb edilməsi;
Kredit müraciətlərinin hərtərəfli qiymətləndirilməsi və təhlilinin aparılması;
Maliyyə hesabatlarının, gəlir və xərclərin, bank tarixçəsinin və digər maliyyə göstəricilərinin təhlil edilməsi;
Kredit analizi nəticələrinə əsasən müvafiq rəyin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Borcalanın ödəmə qabiliyyətinin və maliyyə dayanıqlığının qiymətləndirilməsi;
Kreditlə bağlı risklərin və potensial təhdidlərin müəyyən edilməsi;
Kredit Komitəsi üçün analitik təqdimatların hazırlanması.
Tələblər
İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, mühasibatlıq və ya əlaqəli sahələr üzrə ali təhsil;
Korporativ bankçılıq, kredit analizi, audit, konsaltinq və ya maliyyə sahəsində 1–2 il iş təcrübəsi;
Maliyyə analizinin əsasları, IFRS və mühasibat uçotu prinsipləri üzrə biliklər;
MS Excel proqramında qabaqcıl səviyyədə işləmək, təqdimatlarla işləmək və maliyyə modelləşdirməsi üzrə bacarıqlar;
Rus və ingilis dillərini bilmək üstünlükdür;
Analitik düşüncə və məlumatları strukturlaşdıraraq təhlil etmək bacarığı;
Yüksək diqqətlilik və detallara yönümlülük;
Məsuliyyətlilik və qərarların əsaslandırılması bacarığı;
Güclü kommunikasiya və komandada işləmək bacarığı;
Dinamik iş mühitində prioritetləri düzgün müəyyənləşdirmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
